Bilgi.az
Maşını daim arxaya sürən taksi sürücüsü – FOTOLAR
Hindistanın Pəncab ştatında Harprit Dev adlı taksi sürücüsü çox məşhurdur. İş ondan ibarətdir ki, taksi sürücüsü işləyən Harprit avtomobili daim arxa istiqamətdə sürür. Otuz yaşlı sürücü artıq 11 ildir ki, taksini belə qeyr-adi üsulla idarə edir.
Devin sözlərinə görə, onun bütün insanlar kimi avtomobili adi qaydada sürməyə cəsarəti çatmır. O, avtomobili yalnız dal-dala sürmək üçün dövlətdən lisenziya da alıb.
Harpritin avtomobili belə sürməyə meyli 2003-cü ildən başlayıb. O deyib: "2003-cü ildə axşam vaxtı küçələrin birində idim. Həmin gün pulum da yox idi və qərara gəldim ki, maşını Bathinda şəhərinədək arxaya sürüm. Bununla da, mən özümə inamı qaytardım".
Səhəri günü Dev avtomobilinin üstündə "Maşını arxaya sürmək üzrə çempion" sözlərini yazaraq sürücülük fəaliyyətini davam etdirməyə başlayır.
Bir neçə il ərzində Harprit qeyri-adi üsulla sürməyin yollarını daha da təkmilləşdirib. 2005-ci ildə Harprit Hindistanın Racastan əyalətindən Pakistanın Lahor şəhərinə kimi arxaya sürməklə iki ölkə arasında sülh münasibətləri yaratmağa çalışıb.
Lakin onun Ginnesin Rekordlar Kitabına düşmək arzusu ürəyində qalıb. Çünki onun rekordunu Böyük Britaniya sakini əlindən alıb.
O, maşını arxa istiqamətdə idarə etdiyi üçün çox zaman kürək və boyun ağrılarından şikayət edir. Harprit deyib: "Hər zaman fərqlənməyə çalışmışam. Ona görə də sürücülüyün bu yolunu seçmişəm. Əvvəllər ürəkbulanmadan əziyyət çəkərdim. İndi isə boyun və kürək ağrıları mənə rahatlıq vermir".
Nura
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR