Günəş ilk dəfə belə göründü - FOTO
Bizi izləyin

Bilgi.az

Günəş ilk dəfə belə göründü - FOTO

Amerika Milli Kosmik Agentliyi (NASA) dekabrın 19-dan sonra günəşdə baş verən partlayışlardan sonra ötən gecə də günəşdə baş verən radioaktiv dalğaların görüntülərini yayıb.

Publika.az-ın DHA-ya istinadən verdiyi məlumata görə, "NuSTAR" adlı son dərəcə həssas teleskop vasitəsilə günəşin səthindəki işıq partlayışlarının foto şəkli çəkilib.

Qeyd edək ki, dekabrın 19-da günəşdə baş vermiş partlayış zamanı yüksək radiasiya yayılmış, yer atmosferi bunun dünyaya çatmasının qarşısını alsa da GPS və peyk sistemlərində qısa müddətli problemlər yaranmışdı.

"NuSTAR" bundan sonra da günəşdə baş verən partlayışlarla yanaşı günəş sistemində yaranacaq "qara dəlik"lərin çəkilişlərinə davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm