2014-cü ildə vəfat edən məşhurlar
Bizi izləyin

Bilgi.az

2014-cü ildə vəfat edən məşhurlar

Hər il tanıdığımız bir neçə məşhur adam vəfat edir. 2014-cü il də istisna olmayıb. Bu il bir sıra aktyor, musiqiçi və siyasətçilər üçün bu, ömürlərinin sonuncu ili olub. Publika.az bu il vəfat edən məşhurların siyahısını təqdim edir.

Yanvar ayının 5-də Portuqaliya və dünya futbolunun əfsanəsi Eysebio da Silva Ferreyra 71 yaşında vəfat edib. O, karyerası dövründə "Benfiku" klubunda çıxış edib. Eysebio 1996-cı ilin dünya çempionatında Portuqaliya bürünc medala layiq görülərkən yığma tərkibində iştirak edib. Ölümünə ürəyindəki problem səbəb olub...

Məşhur amerikalı aktyor Erik Louson 1978-ci ildən 1981-ci ilədək "Marlboro" siqaretinin siması olub. Aktyor yanvarın 10-da 72 yaşında ağciyər xərçəngindən vəfat edib.

İsrailin keçmiş baş naziri Ariel Şaron yanvarın 11-də 86 yaşında ürək çatışmazlığından vəfat edib. O, 2006-cı ilin yanvarından etibarən koma vəziyyətində olub.

Yanvarın 17-də uzun sürən xəstəlikdən sonra Ümumdünya boks şurasının prezidenti Xose Süleyman 82 yaşında vəfat edib. Onu "boksun atası" hesab edirdilər.

Aktyor Filip Seymur Hoffman fevralın 2-də güclü preparatların təsirindən 46 yaşında vəfat edib.

Fevralın 10-da aktrisa Şirli Templ 85 yaşında vəfat edib. Templ 1934-cü ildə "Oskar" mükafatı qazanıb. O, "Oskar"a sahib çıxan ən gənc aktrisa idi.

Fevralın 24-də məşhur ssenariçi və rejissor Harold Remis 69 yaşında vəfat edib. O, "Ruh ovçuları" filmi ilə məşhurlaşıb.

Martın 7-də aktyor Anatoli Kuznetsov 83 yaşında vəfat edib. O, "Səhranın bəyaz günəşi" kult filmində baş rolda oynayıb.

Məşhur aktyor Ceyms Rebhorn martın 21-də vəfat edib. O, ölümündən qabaq yaxınlarına təşəkkürnamə yazıb.

Qabriel Qarsia Markes 87 yaşında aprelin 17-də vəfat edib. Onun ölümü ilə əlaqədar vətəni Kolumbiyada 3 günlük matəm elan olunub.

Britaniyalı aktyor Bob Hoskins ağciyər iltihabı ilə aprelin 30-da vəfat edib. O, daha çox "Dovşan Roceri kim aldatdı?" filmi ilə məşhurdur.

İyulun 7-də Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze 87 yaşında vəfat edib.

Avqustun 11-də məşhur Hollivud aktyoru Robin Uilyams evində asılmış vəziyyətdə tapılıb. Onun 63 yaşı vardı. "Entertainment Weekly" jurnalı intihar etməklə həyatına son qoyan aktyoru dünyanın ən şən insanı seçib.

Noyabrın 20-də hersoginya Alba 88 yaşında vəfat edib. O, dünyada titullarının sayına görə tanınıb. Hətta, buna görə Alba Ginnesin Rekordlar Kitabına da düşüb.

Noyabrın 24-də əfsanəvi hokkey məşqçisi Viktor Tixonov 85 yaşında vəfat edib.

Dekabrın 22-də dahi blüz ifaçısı Co Koker 70 yaşında vəfat edib. O, uzun müddət ağciyər xərçəngi ilə mübarizə aparıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm