Öldü, yandırılan zaman dirildi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Öldü, yandırılan zaman dirildi - FOTOLAR

Hindistanın şimal-qərbində yerləşən Racastan ştatında maraqlı hadisə baş verib. Vəfat edən 72 yaşlı Dipak Sinqx sözün əsl mənasında "o dünyadan" qayıdıb. Dipak Sinqx inəkləri yedizdirərəkən qohum-əqrəbasının gözü qarşısında yıxılaraq keçinib.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, onun "cəsədinin" hind adət-ənənəsi ilə yandırılma prosesi keçirilərkən Sinqx qəfildən özünə gəlib. Maraqlısı odur ki, bədbəxt hadisə baş verəndən sonra onun öldüyünü təsdiqləyən həkim arayışı da alınıbmış.

Sinqxin nəvəsi deyib: "Həmin günü babam səhər tezdən gümrah ayıldı. Lakin o, inəklərə tərəf gedərkən qəfildən yerə yıxıldı. Mən dərhal ona tərəf qaçdım. Onun nəbzi vurmurdu və ürəyi döyünmürdü. Mən digər ailə üzvlərini də çağırdım və onlar babamın vəfat etdiyini təsdiqlədi".

Evə çağırılan həkim də kişinin vəfat etdiyini təsdiqləyib. Ailə üzvləri dinlərinə uyğun olaraq meyiti yandırmaq üçün dəfn tonqalını hazırlayıblar. Sinqxin "meyitinin" ətrafına taxta parçaları yığılıb. Qohum-əqrəba kişinin başına yığışaraq vida mərasimi keçirdib.

Nəvəsi deyib: "Ağlaşma səsləri artdıqca, qəfildən babamın bədəninin hərəkətə gəldiyini gördüm. Əvvəlcə elə bildim ki, bu, mənim təxəyyülümdür. Lakin birdən babam gözlərini açıb ayağa qalxaraq oturdu. Xoşbəxtlikdən, biz tonqalı yandırmamışdıq".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm