• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Evsiz kişiyə 74 milyon dollar ianə verildi - FOTOLAR

  • Maraqlı
  • 25 Dekabr 2014 11:39
  • 599 Baxış
Evsiz kişiyə 74 milyon dollar ianə verildi - FOTOLAR

Amerikanın Kaliforniya ştatında evsiz-eşiksiz bir insana 74 milyon dollar pul ianə verilib. İş ondadır ki, bu evsiz-eşiksiz kişi qazandığı pulları içkiyə yox, ehtiyacı olan insanlara yemək-içmək almağa sərf edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Los-Ancelesdən olan Coş Peler Lin adlı videoblogger maraqlı bir eksperiment keçirib. O, evsiz-eşiksiz bir şəxsə 100 dollar pul verib, sonra isə dilənçinin pulu nəyə xərclədiyini izləyib. Coş Peler Linin "Evsiz adam 100 dolları necə xərclədi?" adlı videosu maraqlı bir faktı ortaya çıxarıb. Sən demə, həmin kişi 100 dolları götürərək mağazaya girib və oradan böyük yemək paketi ilə çıxıb. O, aldığı qida məmulatlarını özü kimi evsiz-eşiksiz insanlara paylayıb. Coş Peler Lin ona bir daha 100 dollar verib və hadisə təkrarlanıb.

Tomas adlı evsiz kişi küçələrə necə düşdüyünü izah edib. O, xəstə valideynlərinə baxmaq üçün işini atmalı olub. Sonra onun valideynləri vəfat edib, Tomas isə evindən məhrum olub.

Peler Lin "İndieGoGo" saytında evsiz kişinin "yeni həyata başlaması" üçün kampaniya təşkil edib. Video bloggerin qoyduğu məbləğdən 7 dəfə artıq pul yığıb. Kampaniyanın bitməsinə 28 gün qalsa da, Tomas üçün artıq 74 milyon dollar pul yığılıb.

Videoblogger Peler Lin öz telefon nömrəsini Tomasa verib və ona yardım etməyə hazır olduğunu deyib.

Peler Lin deyib: "Mən onunla söhbət etdikcə, bu insanın nə dərəcədə səxavətli olduğunu görürdüm. Heç zaman kimisə xarici görünüşünə görə mühakimə etməyin".

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR