2015-ci ilin gözlənilən texnoloji yenilikləri – FOTOLAR
Bizi izləyin

Bilgi.az

2015-ci ilin gözlənilən texnoloji yenilikləri – FOTOLAR

Bu il anons edilmiş bir sıra texnoloji yeniliklərə 2015-ci ildə toxunmaq və onları görmək mümkün olacaq.

Publika.az buraxılışı 2015-ci ildə gözlənilən bir sıra texnoloji yenilikləri təqdim edir.

"Apple Watch" 2015-ci ilin əvvəllərində buraxılacaq

"Apple" şirkəti məhsulun hələ 2014-cü ilin sentyabr ayında təqdimatını keçirib. Saat kimi qola taxılan texnologiya bir sıra funksiyaları yerinə yetirir.

"Windows 10" əməliyyat sistemi "Windows 8"-in problemlərini həll edəcək

"Microsoft" şirkəti bu ilin payız ayında dünyaya yeni əməliyyat sistemini təqdim edib. Əməliyyat sistemi "Windows 10" adlandırılıb və o, smartfon, noutbuk, kompüter və "Xbox" kimi qurğularda fəaliyyət göstərə biləcək. Proqram 2015-ci ilin sonlarına qədər istifadəyə veriləcək.

Samsung-un "Galaxy S6" planları

Cənubi Koreyanın lider şirkəti olan "Samsung" 2015-ci ilin əvvəllərində dünyaya "Galaxy S6" smartfonunu təqdim edəcək. Yeni qurğunun detalları haqda heç bir məlumat yoxdur. Bircə o məlumdur ki, yeni avadanlıq texnologiya tarixində möhtəşəm bir yenilik edəcək.

"Samsung" şirkətindən saat

Şirkət daşına bilən kompüterləri də təcrübədən keçirməyə hazırlaşır. Bildiyimiz kimi, şirkət artıq 6 müxtəlif smartfon saatlarını icad edib, lakin onlardan heç biri yaxşı rəy qazanmayıb.

"Samsung" əyilə bilən ekran üzərində işləyir

Şirkətdən verilən məlumatlara görə, 2015-ci ildə əyilə bilən ekranlar buraxılacaq. Artıq ilin sonunda əyilə bilən ekranlı telefonları bazardan ala biləcəyik.

"Microsoft Surface"-in mini versiyası buraxılacaq

2015-ci ilin ikinci yarısı üçün "Microsoft" şirkəti "Surface Pro 3" mini planşetini icad etməyə hazırlaşır.

Ən böyük "iPad"

Gələn il "Apple" şirkəti 12 düym diaqonallı, böyük ekranlı "iPad" planşetini hazırlayıb satışa verəcək.

"HTC One" telefonun yeni versiyası

"HTC" şirkəti 2013-cü ildə buraxdırdığı "HTC One" telefonu ilə Android avandanlıqlarının yeni dövrünü açmış oldu. Bu, yeganə avadanlıq idi ki, "iPhone" telefonu ilə həm xarici görünüş, həm də daxili keyfiyyətlərinə görə müqayisə etmək olardı.

"Oculus Rift" 2015-ci ilin sonlarında peyda olacaq

Mark Zükerberqin də diqqətini cəlb edən virtualı gerçək kimi göstərən "Oculus Rift" eynəyi hələ də hazırlıq mərhələsindədir. Əbəs yerə Mark bu eynəyi istehsal edən şirkəti 2 milyard dollara almayıb. Avadanlığın birinci hissəsi 2015-ci ilin sonlarında bazarda peyda olacaq. İlk vaxtlarda "Oculus Rift" eynəyi geymerlər üçün nəzərdə tutulub. Sonrakı mərhələlərdə ondan internetdə ünsiyyət qurmaq, filmə baxmaq və interaktiv səyahət üçün istifadə olunacaq.

"Sony" şirkətinin eynəkləri

"Sony" şirkəti "Morpheus" layihəsi çərçivəsində virtual eynək hazırlayacaq. Bu eynəklər xüsusi olaraq "PlayStation 4" üçün nəzərdə tutulub və 2015-ci ilin sonlarında bazara buraxılacaq.

"Microsoft Office" "Windows"-un həssas displey versiyasını hazırlayır

Şirkət taç-displeyli planşet, noutbuk üçün "Windows" xüsusi əməliyyat sistemi hazırlayıb.

"OnePlus" yeni modelin satış lideri olacaq

"OnePlus" Çin şirkəti "the One" adlı smartfon hazırlayır. Bu avadanlıq "Samsung Galaxy S5" məhsulunun bütün mümkün avadanlıqlarını özündə saxlasa da, ondan fərqli olaraq qiyməti xeyli ucuz, 350 dollardır. Yeni avadanlıq 2015-ci ilin əvvəllərində satışa buraxılacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm