• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

2014-cü ildə boşananlar – FOTOLAR

  • Maraqlı
  • 25 Dekabr 2014 18:04
  • 609 Baxış
2014-cü ildə boşananlar – FOTOLAR

Elə bilirsiniz ki, ekranlardan tanıdığımız məşhur insanların heç bir dərdi-səri olmur? Yanlış düşünürsünüz. Onların da başı bəzən boşanma kimi proseslərə qarışır.

Publika.az 2014-cü ildə boşanan cütlüklərin siyahısını təqdim edir.

Helena Bonem Karter və Tim Barton

Gəlin, yenicə boşananlardan başlayaq: Tim Barton və Helena Bonem Karter. Onları Hollivudun ən sadiq cütlüyü hesab edərdilər. Axı bu, rejissor və aktrisa arasında olan izdivac idi. Onların münasibətlərində gərginlik 2 il bundan əvvəl başlayıb. O zaman rejissor Tim naməlum sarışın bir qadınla öpüşən yerdə yaxalanıb. On üç il bir yerdə yaşayan Tim və Helena bu hadisə ilə bağlı heç bir şərh verməyiblər.

Antonio Banderas və Melani Qriffit

Antonio və Melani düz 18 il birgə yaşayıb. Onların boşanma səbəbi isə çox bayağıdır: "fikir ayrılığı". Lakin boşanmanın həqiqi səbəbləri haqda bir sıra şayiələr gəzirdi: Banderasın hind aktrisası Malika Şeravat arasındakı sevgi ərlə arvadın ayrılmasına səbəb oldu. Bundan əlavə, Melani ərini Şeron Stouna qısqanırdı. Ayrılığa bu da səbəb ola bilər.

Qvinet Peltrou və Kris Martin

İdeal cütlüklərdən biri də Qvinet və Martin idi... Onların boşanma səbəbləri isə çox maraqlıdır: "məntiqli boşanma". İndi bu söz dillər əzbərinə çevrilib.

Keyt Hadson və Mettyu Bellami

Bu ilin martında musiqiçi Mettyu və aktrisa Keyt arasında da gərginlik yarandı. Boşanma səbəbi belə idi: "Keyt çox müstəqildir, Mettyu isə tez-tez qastrollara gedir".

Leonardo Di Kaprio və Toni Qarrn

Onların ayrılması, demək olar ki, heç kimi təəccübləndirmədi: əvvəla, Leo partnyorlarını dəyişməyə alışıb, ikincisi, Leonun Toni ilə sevgi münasibətləri elə əvvəlcədən qəribə idi. Çünki aktyor və model heç zaman qırmızı xalıya bir yerdə çıxmazdılar. Paparazzilərin fotokameralarına tuş gəldikdə də onları heç sevgiliyə bənzətmək olmurdu. Bu azmış kimi, Leo model sevgilisi ilə münasibətdə ola-ola başqa qadınların yanında gözə dəyirdi. Bir çoxları onları bağlayan qüvvənin sevgi yox, müqavilə olduğunu iddia edir.

Britni Spirs və Devid Lukado

Britninin toyu haqda şayiələr gəzirdi, amma onun Devid Lukadodan ayrılması haqda xəbərlər yayıldı.

Şahzadə Harri və Kressida Bonas

Böyük Britaniya şahzadəsi Harri öz şahzadə tayını axtarmaqdadır, lakin... Kressida şahzadəlik üçün yarayırdı: yaxşı təhsil, gözəl. Lakin cütlük ayrılmalı oldu. Deyilənlərə görə, qızın karyera ambisiyaları onların münasibətlərinə təsir edib.

Adriana Lima və Marko Yariç

Super model və basketbolçunun izdivacı 5 ildən sonra sona çatdı.

Meraya Keri və Nik Kennon

Avqustdan etibarən Meraya və Nik bir yerdə yaşamır. Nikin başqa qadınlarla görüşməməsi üçün Meraya ərinə nəzarətçi tutduqdan sonra kişi evdən gedərək, bir daha geri qayıtmayıb.

Fransua Olland və Valeri Trierveyler