KEÇİ hansı bürclərə SEVGİ vəd edir?
Bizi izləyin

Bilgi.az

KEÇİ hansı bürclərə SEVGİ vəd edir?

Qarşıdan Keçi ili gəlir. 2015-ci il, demək olar ki, bütün bürc nümayəndələri üçün optimistliklə boldur. Tənha insanlar yarını tapmağa can atacaqlar. Yeni sevgi ittifaqları yaranacaq. Taxta Keçi ilində hər bir insan əks cinsin nümayəndəsi ilə ünsiyyətdən xoşbəxtlik, heç vaxt yaşanmamış emosiya, bolluca narahatçılıq hallarını yaşayacaq. Ehtiras o qədər aşıb-daşacaq ki, artıq insan idarə olunmaz varlığa çevrilərək, partnoyurunu qısqanmağa başlayacaq və sevdiyi insanı tamamilə əlinə alıb idarə etmək istəyəcək.

Əgər siz partnoyurunuza tamamilə etibar edirsinizsə, o zaman evlilik baş verəcək. Keçi ilində bağlanan izdivaclar uzunömürlü olacaq. Bir-biri ilə daim konfliktdə yaşayan ər-arvad arasında gərginlik azalacaq, qarşılıqlı anlayış yaranacaq və səhvləri düzəltmək və barışmaq kimi arzular yaranacaq. Taxta Keçi ili insanlara mehriban olmağa imkan verir.

Publika.az üzümüzə gələn ildə hər bir bürcün sevgi horoskopunu təqdim edir.

Qoç

Qoç bürcü altında doğulan insanlara 2015-ci ildə hiss burulğanında başını itirməmək məsləhət görülür. Bu bürcün nümayəndələri narahatçılıq və digər hissləri ikinci plana ataraq büsbütün sevgi ilə əhatələnəcək.

Buğa

2015-ci il Buğalar üçün tale hökmlü ola bilər. Çox güman ki, Buğalar məhz 2015-ci ildə həyatının yeganə insanı ilə görüşə biləcək. Əsas odur ki, Buğalar qarşısına çıxan insanın kim olduğunu anlasın. Çünki Buğalar əks cinsin nümayəndələrinə gəldikdə çox tərəddüd edirlər.

Əkizlər

Sevgilisi olan Əkizlərin bu il davamlılığı yoxlanılacaq. Nə siz taleyinizdən, nə də taleyiniz sizdən qaça biləcək. Sədaqət və etibarlılıq testini hər adam keçə bilməyəcək. Lakin testi uğurla keçən insanlar sevgilisinin yanında qala biləcək.

Xərçəng

Xərçəng bürcü altında doğulan insanlar 2015-ci ildə öz fikirlərinə aydınlıq gətirib xəyallarındakı olan insanın axtarışına çıxacaq. Əgər görüş baş veribsə, onda yanınızda olan insanı əldən verməyin və onu qiymətləndirin. Çünki itirmək yeni münasibətləri qurmaqdan dəfələrlə asandır.

Şir

Şirlər qələbə qazanmaq və ehtiras burulğanına düşmək üçün qarşısında dayanan bir çox maneələri aşmalı olacaq. Uzaq səfərlər zamanı və ya əks cinsin uzaq səfərdən gəlməsi nəticəsində romantik görüşlər mümkündür.

Qız

Qızlar isə əvvəlki kimi qalacaqlar. Müvəqqəti ayrılıqlardan sonra Qızlar əvvəlki sevgilərinə qayıdacaq. Ailəli Qızlara isə səyahət imkanı verildiyi üçün bundan istifadə etmək məsləhət görülür.

Tərəzi

2015-ci ildə Tərəzilər nikaha daxil olacaq. Bu bürcün nümayəndələri arasında evlənənlər çox olacaq.

Əqrəb

Əqrəblər ətrafda baş verənləri anlamaq üçün daxili səsinə qulaq asmalıdır. Bu bürc altında doğulan insanlar əks cinsin diqqətindən məhrum deyil, lakin diqqət ayıran insanlar həqiqətənmi Əqrəbə lazım olan şəxslərdir? Məhz bu suala Əqrəblər 2015-ci ildə cavab tapmağa çalışacaq.

Oxatan

Oxatanlar həmişəki kimi fəaldır. Lakin onların sevgi macərası ani və keçici ola bilər. Bu, həmişə belə davam edə bilməz. 2015-ci ildə bu bürcün nümayəndələri perspektivsiz sevgi macəralarına son qoyacaq. Oxatanlara aprel-may və iyul-avqust ayında qısqanclıq üçün zəmin yaranacaq.

Oğlaq

Oğlaqlar sevgi macərasını qanuni nikaha çevirməyin bir addımlığındadır. Uzun müddət bir yerdə olan cütlüklər 2015-ci ildə izdivac bağlaya bilər. Tənha Oğlaqlara isə taleyini dəyişəcək görüş hazırlanır.

Dolça

Dolçalar münasib adamı internet vasitəsi ilə tapacaq. Ünsiyyətcil və enerjili Dolçanın hər zaman çoxlu tanışı olur. 2015-ci ildə isə onlar qəlbinə yaxın insanı tapa biləcək.

Balıqlar

Balıqlar aprel ayından sonra romantik cərəyana düşəcək. Düz yay aylarına qədər bu bürcün nümayəndələri əks cinsin diqqət mərkəzində olacaq. 2015-ci ildə öz yarını tapmaq şansları ilə yüksəkdir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm