“Şər imperiyası”nın süqutu və ya SSRİ-nin son günü - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Şər imperiyası”nın süqutu və ya SSRİ-nin son günü - FOTOLAR

Bu gün SSRİ-nin süquta uğradığı gündür. 1991-ci il 8 dekabrda Sovet Sosialist Respublikaları İttifaqını, əslində isə yeni rus imperiyasını təşkil etmiş RSFSR, Ukrayna və Belarus SSRİ-dən ayrılmaq istəklərini bildirdilər.

Publika.az-ın məlumatına görə, bu səbəbdən 1991-ci il 25 dekabrda SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov istefa verdi. Bundan 1 gün sonra – dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi. Bununla da 69 il mövcud olan, ABŞ və bir sıra Avropa dövlətləri tərəfindən "şər imperiyası" adlandırılan SSRİ süquta uğradı.

Ərazisinə görə dünyada ən böyük dövlət olmuş bu imperiya əhalisinin sayına görə Yer üzündə yalnız iki dövlətdən geri qalırdı. İndi SSRİ yalnız fotolarla yadda qalıb...

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm