2015-ci il dünyanın sonuna aparır?
Bizi izləyin

Bilgi.az

2015-ci il dünyanın sonuna aparır?

2015-ci il dünyanın gələcəyi üçün önəmli bir dönüş nöqtəsi olacaq.

Publika.az-ın məlumatına görə, ötən həftə Perunun paytaxtında 9 min diplomat, siyasətçi və könüllünün iştirak etdiyi Birləşmiş Millətlər Təşkilatının İqlim Sammiti keçirildi. Sammitdə 2015-ci ildə Parisdə 200 ölkənin iştirak edəcəyi qlobal razılaşmanın müzakirələri aparıldı.

Mütəxəssislər xəbərdarlıq edir ki, Parisdə dünyanı bildiyimiz vəziyyətinə qaytaracaq qədər radikal qərarlar qəbul etməyəcəklər. Həmin görüşün əsas hədəfi dünyadakı temperaturun sənayedən əvvəlki vəziyyətindən 2 dərəcə artırmaqla bağlı tədbirlərin görülməsidir. Əks halda, dünya bildiyimiz dünya olmayacaq. 200 il ərzində bütün canlıların 75%-i yox olacaq.

Qlobal istiləşmə nəticəsində təbiətdə kitrik göbələklərinin inkişaf edib, başqa sahələrdə yayılır. Ölümcül hesab edilən göbələk xəstəliyi epidemiyasının amfibiyaların məhv olmasına səbəb ola bilər. Hazırda amfibiya növlərinin 41%-i məhv olmaq təhlükəsi ilə üz-üzədir.

İqlim dəyişikliyinin canlıların nə qədər məhv edə biləcəyi ilə bağlı araşdırmalar dəqiq deyil. Dolayısı ilə indi irəli sürülən təxminlərin gələcəkdə yaşanacaqlardan çox aşağı olduğu istisna deyil.

Hazırda əldə olan nəticələr hər il dünyada canlıların 0.01-0.7%-nin nəslinin tükəndiyini göstərir.

Hesablamalara görə, "ən mühafizəkar təxminlər" belə indiki vaxtda hər il 1000 növün yox olduğunu göstərir. Milyonlarla illik təkamül müddətində ildə ən çox 1-2 növ yox olub. Halbuki ətrafımızda gördüyümüz və bizim də yalnız kiçik bir hissəsi olduğumuz biyoçeşitlilik 3 milyard illik bir prosesin nəticəsidir.

Məşhur elm insanları Vill Steffen, Paul Crutzen, Jan Zalasievicz və Mark Villiamsanın sözlərinə görə, insanın yer üzündəki hər şeyi dəyişdirib pozduğu bir "geoloji dövrdə" yaşayırıq. Elm adamları bu dövrə "Antroposen dövr" adını verir. Hər il bütün canlı növlərinin 0.7%-nin nəslinin tükənməsi, kobud bir təxminlə, 5 milyon heyvan növünün məhv olması deməkdir. Bu da 2 əsr ərzində canlı növlərinin 75%-nin kütləvi şəkildə yox olacağı nəticəsini doğurur. Bu hadisə dünya tarixində 5 dəfə müşahidə edilib, 2200-də 6-cı ola bilər.

İnsanlar illərdir "təbiətə heç də olmaz" düşüncəsindədirlər. Yer üzündəki hər şey kimi təbiət da məhduddur. Alimlərin sözlərinə görə, təbiətin özünü yeniləməsi 1980-ci ildə başa çatıb. Mədənlərdən neftə, sulardan bitki və heyvanlara qədər, həyatı var edən hər şey azalır.

Dünya Təbiəti Qoruma Birliyinə görə, ən böyük azalma canlılar dünyasında olacaq. 5.522 quş, məməli, amfibiya və sürünən növü Dünya Təbiəti Qoruma Birliyinin qırmızı siyahısındadır, yəni yox olma təhlükəsi ilə qarşı-qarşıyadır.

Qlobal istiləşmə baxımından atmosferdəki karbonun 15%-i toplanılır. Torpaqların qoruma sahəsi10%-dir.

Dünyanın 34 ən isti bölgəsi quru sahələrin 2.3%-i əhatə edir. Dünyadakı bütün bitki növlərinin 50%-dən çoxu, onurğalı heyvan növlərinin 42%-i bu bölgələrdə yaşayır. Bu bölgələr və dolayısı ilə orada yaşayan canlılar insan fəaliyyətinin təhlükəsi altındadır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm