Bu tarixi dəyişdirin, Mustafa ölməsin - VİDEO
Bizi izləyin

Bilgi.az

Bu tarixi dəyişdirin, Mustafa ölməsin - VİDEO

Bu tarixi dəyişdirin, Mustafa ölməsin

Həm çox müzakirə edilən, həm də çox izlənilən məşhur Türk serialı “Muhteşem Yüzyıl”ın ölüm səhnəsi nəinki Türkiyədə, bir çox ölkədə həyəcanla izlənilib.

Sultan Süleyman Qanuninin “Heç vaxt öldürmərəm” dediyi Şahzadə Mustafa atasının çadırında cəlladları tərəfindən boğulub. Qanuninin əmri ilə son nəfəsini verən Şahzadə Mustafanın ölümü sosial şəbəkələrdə də bu gecənin əsas mövzusu olub.

Serialın həvəskarları bir tərəfdən serial baxıb, bir tərəfdən də klaviaturadan ayrılmadan öz fikirlərini paylaşıb. İncəsənət dünyası və bəzi məşhurlar da serialın həmin hissəsi haqqında öz fikirlərini paylaşıb:

Hüseyn Avni Mutlu

“Filmdir, amma gerçəkdir. Şahzadə Mustafanın qətlini görmək hüznlü idi. Padşahları xoşlayıram, amma şahzadələrə görə həmişə pis olmuşam. Allah rəhmət etsin”.

Özlem Yıldız

“Ürəyim bu səhnəyə dözmür. Bitirdin bizi, Şahzadə Mustafa”.

Cüneyt Özdemir

“Muhteşem Yüzyıl” bizə bunu deyir: “Heç bir dövrdə öz atana belə güvənməməlisən”.

Çelik Erişçi

“Baxdığım yeganə serial budur. Mehmet Günsür çox yaxşı aktyordur və həmçinin Halit də”.

Berrak Tüzünataç

“Belə bir aktyor heyəti ilə belə bir iş gördüyüm üçün xoşbəxtəm. Bütün aktyor dostlarıma sonsuz təşəkkürlər, yaxşı ki, size tanıdım”.

Günay Musayeva

“Osmanlı tarixinin ən böyük tragediyalarından birini, iqtidar ehtirasının ən murdar halını, rəsmi tarixin belə inkar edə bilmədiyi bir dramı izləyirik”.

Sarp Akkaya

“Səninlə işləmək maraqlıdır, Mehmet Günsür. Yeni işlərdə görüşmək ümidiylə”.

Begüm Öner

“Özümü incitməyəcəm deyə-deyə baxıram”.

Hilal Cebeci

"Şahzadə Mustafa sən necə igid, mərd bir insan imişsən. Ağlatdın məni, nur içində yat”.

Ebru Polat

"Tarixdə bir az dəyişiklik edin. Mustafa üsyan etsin, Süleyman ölsün".

Nərgiz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm