Bilgi.az
Çörçill islamı qəbul etmək istəyirmiş - İNANILMAZ
Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçillin ailəsi onun islam dinini qəbul edə biləcəyindən ehtiyat edirmiş.
Publika.az xəbər verir ki, Çörçillin ailəsinin narahatlığını Britaniya mətbuatında dərc edilmiş məktublar da göstərir.
Kembric Universitetinin alimi Uorren Dokter Qvendolin Bertininin 1907-ci ildə Çörçillə yazılmış məktubunu aşkarlayıb. Sonralar baş nazirin qardaşına ərə gedən Berti "Zəhmət olmasa, islamı qəbul etmə. Mən səndə Şərq meyillərini müşahidə edirəm, səni Paşaya oxşadırlar" yazıb. Çörçill isə cavabında Paşaya oxşamaq istədiyini etiraf edib.
Uorren Dokter iddia edib ki, baş nazir heç vaxt islamın qəbulu haqqında ciddi düşünməyib: "Hər halda, Çörçill o zaman ateist idi. Bununla belə, o, müsəlman mədəniyyətinə heyran idi".
Britaniya baş naziri Sudanda hərbi xidmət zamanı müsəlman dini və mədəniyyəti ilə tanış olub. Bundan başqa, ərəbşünas və şair Uilfrid Blant onun yaxın dostu idi. Dokter qeyd edir ki, Çörçill Blantın ekssentrik əyləncə gecələrində ərəb geyimi geyinirmiş.
Çörçill müharibədə müsəlman ölkələrinin loyallığını təmin etmək üçün 1940-cı ildə Londonun mərkəzində məscidin tikintisi planını bəyənib və bunun üçün 100 min funt-sterlinq ayırıb.
Nura
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ