SOS: Qrenlandiyada buzlar sürətlə əriyir
Bizi izləyin

Bilgi.az

SOS: Qrenlandiyada buzlar sürətlə əriyir

ABŞ Milli Elmlər Akademiyasının NASA peyk məlumatları və hava missiyalarını birləşdirən tədqiqatına əsasən Qrenlandiyada buz təbəqəsi gözlənildiyindən daha sürətlə əriyir. Bu, o deməkdir ki, bütün dünyadakı sahil icmaları yüksələn dəniz səviyyəsi nəticəsində böyük risklə üzləşə bilərlər.

Publika.az-ın məlumatına görə, araşdırmanın əsas müəllifi, Buffalo Univesitetinin geologiya üzrə dosenti Biata Santo bu tədqiqatın buz təbəqlərinin və buzlaqların bərpasını əhatə edən ilk hərtərəfli tədqiqat olduğunu bildirir.

"Maraqlısı odur ki, biz bu mürəkkəb məlumatda bəzi nümunələrin meydana çıxdığına şahid olduq."

Qrenlandiya böyük adadır. Ölkə olsa idi, dünya ölkələri arasında 12-ci yeri tutardı. Adanın 80 faizi buzla əhatə olunub. O buz tamamilə ərisə dünyanın dəniz səviyyəsi 7 metr yüksələcək.

Dörd buzlaqdan alınan hazırkı iqlim nümunəsi buz təbəqəsinin əriyəcəyini proqnozlaşdırır.Yeni tədqiqatda 1000 fərqli nöqtədə buz təbəqəsinin səviyyəsinin dəyişikliyi ölçülüb.

"Biz hamımız bilirik ki, buzlar əriyir. Biz çoxlu buz itiririk. Lakin bizdə zaman və məkan nümünələrinə dair məlumatlar var. Bu məlumatlara hansı yerlərin daha həssas, hansı yerlərin sürətlə dəyişdiyi, və hansı yerlərin bizim gözlədiyimizdən fərqli şəkildə dəyişdiyi daxildir", - Biata Sant əlavə edib.

Alimlər Qrenlandiyanın hazırkı iqlim nümunələrini yeni nümunələr ilə müqayisə ediblər. Bəzi nöqtələr üst-üstə düşsə də, Sato köhnə nümunələrin məhdud olduqlarını bildirir:

"Daha çox məlumatımız olduğu üçün biz buz təbəqəsinin necə dəyişdiyini daha yaxşı anlaya bilirik və gələcəkdə buzun hərəkətlətini təxmin edə bilirik."

Tədqiqatda bir-birinə yaxın yerləşən buzlaqların eyni şəkildə dəyişmədiyi aşkar olunub. Bəzi buzlaqlar temperatur artdığında belə qalınlaşıblar. Digərləri sürətli şəkildə naziliblər. Bəziləri isə bir vaxt qalınlaşıb sonra isə ani bir şəkildə naziliblər. Sato tədqiqatçıların okean temperaturu, hidrologiya və buzlaqların altındakı sular kimi lokal effektləri nəzərə alan nümunələri axtardıqlarını bildirib.

"Məsələn, buz qızanda buzlaqların axını daha sürətli ola bilər. Və o sürətli axın okeana daha çox buz aparacaq. Biz bunu buz dinamikası adlandırırıq. Bu, baş verənləri anlamaq üçün çox vacibdir. Buzlaqlar və buz təbəqələri iqlim dəyişikliyinə bu cür reaksiya verirlər."

Sato bildirir ki, bu tədqiqat dəqiq və geniş nəzarətin nə qədər vacib olduğunu göstərir. O bildirir ki, buzlaqların hərəkətlərinin mürəkkəbliyi nəzərə alaraq yaxşı nümunələr tərtib etmək üçün daha çox məlumat toplamaq vacibdir, çünki bu nümunələr sahil icmalarına yüksələn dəniz səviyyələrinə reaksiya verməyə kömək edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm