İbrahimoviç yarım tonluq maralı ovlayıb
Bizi izləyin

Bilgi.az

İbrahimoviç yarım tonluq maralı ovlayıb

Fransanın PSJ futbol klubunun və İsveç milli komandasının hücumçusu Zlatan İbrahimoviç maral ovlayıb.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə İsveçin "Expressen" qəzeti bildirib.

Məlumata görə, futbolçu Milad bayramı öncəsi İsveçdə ova gedib. Qəzetin yazdığına görə, İbrahimoviç ilk atəşi ilə maralı öldürməyi bacarıb. Maralın çəkisinin təxminən 500 kiloqram olduğu deyilir.

"Bu çox böyük və əla maral idi. O hətta öküzə oxşayırdı. Zlatanı bu münasibətlə təbrik etmək olar", - "Bo Skold" Ovçular Assosiasiyasının baş katibi deyib.

Ancaq İbrahimoviçin ovçuluq məharəti İsveçin heyvanların müdafiəsi üzrə cəmiyyətin narazılığı ilə qarşılanıb.

Qəzetin yazdığına görə, futbolçu ov lisenziyasını 2010-cu ildə alıb. İbrahimoviç həm də balıq ovunun həvəskarı kimi tanınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm