Cek-potun qalibi manyak çıxdı - FOTO
Bizi izləyin

Bilgi.az

Cek-potun qalibi manyak çıxdı - FOTO

ABŞ sakini lotereyada 3 milyon dollar dəyərində cek-pot qazanıb. Timoti Pul adlı şəxsin cek-pot qazanmasında qəribə heç nə yoxdur. Lakin işin maraqlı tərəfi odur ki, Pul qaçaq düşmüş cinayətkar imiş.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, iki kişi cinayətkarı tanıyıb və onun əldə etdiyi uduşdan zərərin ödənilməsini tələb ediblər.

Timoti Pul 1999-cu ildə 9 yaşlı oğlana qarşı seksual hərəkət törətməkdə ittiham olunaraq şərti cəza alıb. O, 2003-cü ildə şerif ilə nəzarət görüşünə gəlmədiyi üçün onun barəsində axtarış elan olunub. Qaçaq olan cinayətkar 2014-cü ildə lotereya bileti alıb. Cek-potu udduqdan sonra Pul qazancının dalınca gəlməli olub.

Uduşu götürən zaman Pulun fotoları çəkilərək KİV-də yerləşdirilib. Nəticədə, 1999-cü ildə 9 və 5 yaşları olan iki qardaş canini tanıyıb. Onlar Pulu seksual cinayətkarlıqda ittiham edərək mənəvi zərərə görə iddia qaldırıb.

Timoti Pul həbs olunub. ABŞ qanunlarına görə, seksual xarakterli cinayətlərə vaxtı ötsə belə, heç bir zaman xitam verilmir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm