• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dünyanın ən yaşlı siam əkizləri – FOTOLAR

  • Maraqlı
  • 30 Dekabr 2014 11:55
  • 743 Baxış
Dünyanın ən yaşlı siam əkizləri – FOTOLAR

Ronni və Donni Qalyon dünyanın ən qocaman siam qardaşları kimi rekorda imza ata bilər. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Ohayo ştatında yaşayan siam qardaşları ömürlərinin 63-cü ilini qeyd ediblər. Siam qardaşları yaşlarına görə 1877-ci ildə İtaliyada dünyaya gələn və 63 il yaşayan Ciakomo və Covanni Battista qardaşlarını da üstələyib.

Qalyon qardaşları tarixin ən uzunömürlü siam insanı kimi Ginnesin Dünya Rekordlarından rəsmi sertifikat alıb.

Ronni və Donni qardaşları bel nahiyəsindən bir-birinə bitişikdir. Onların birgə 4 əl, 4 ayaq, 2 ürək və ayrı mədə sistemi var. Lakin onlar ifrazat aparatı, qasıq və cinsi orqanlarını bölüşürlər. Cinsi fəallıq isə daha çox Donninin üzərinə düşür.

Əkiz qardaşlar 1951-ci ildə Ohayo ştatında dünyaya gəliblər. Lakin onları ayırmaq üzərində çalışan həkimlərə görə qardaşlar xəstəxanada 2 il qalmalı olublar. Mütəxəssislər əməliyyatın qardaşların həyatına təhlükəli olduğunu müəyyən etdikdən sonra valideynləri onların olduğu kimi saxlamağa qərar verib.

Qardaşlar 4 yaşından valideynlərinin dəstəyi altında ABŞ, Mərkəzi və Cənubi Amerika sirklərində çıxış etməyə başlayıblar.

Onlar məktəbdə oxuyarkən müəllimləri uşaqları qovmalı olub. Müəllimlərin sözlərinə görə, əkiz qardaşlar şagirdlərin diqqətini yayındırır. Qardaşlar 39 yaşına kimi sirkdə işləməli olublar. 1991-ci ildə təqaüdə çıxdıqdan sonra Qalyon qardaşları özlərindən 11 yaş kiçik olan qardaşı ilə birgə yaşayırlar.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR