Siçan təyyarəni endirdi
Bizi izləyin

Bilgi.az

Siçan təyyarəni endirdi

Madriddən Doha şəhərinə uçan "Qatar Airways" hava yollarına məxsus təyyarə təyin olunmuş məntəqəyə 6 saat gecikib. Publika.az xarici mətbuata istinadən məlumat verir ki, təyyarənin gecikmə səbəbi salondakı siçan olub.

"Boeing 777-400" təyyarəsi Dohaya uçmaq üçün havaya qalxarkən sərnişinlər salonda siçan görüb təşvişə düşüblər. Nəticədə, hava gəmisi İspaniya paytaxtına geri qayıtmalı olub. Təyyarə yerə endikdən sonra salona baxış keçirilib, salon dezinfeksiya olunub. Uçuş sistemində 6 saat gecikmə olduğu üçün sərnişinlər Tailand, Sinqapur və Bali təyyarəsinə gecikməli olublar. Gözlənilməz hadisəyə görə hava şirkəti sərnişinlərə kompensasiya verməli olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm