Bilgi.az
Can Atəş danışdı… Övladı haqqında nə dedi?
“Yaşananlara yeni doğulmuş bir körpəni də daxil etməmək üçün…”
Məryəm Üzerli ilə olan əlaqəsi qalmaqalla bitəndən sonra doğum üçün Meryemin yanına gedib getməyəcəyi maraqla gözlənilən Can Atəş ilk dəfə danışıb. Fevralın 10-da övladını dünyaya gətirən Üzerlinin yanına getməyən Atəş yazılı açıqlama verib:
“Şəxsi həyatımla bağlı danışmamaq istəməsəm də, övladımın dünyaya gəlməsindən sonra bu mövzuda gələn bir çox suala cavab vermək və yaşananlara yeni doğulmuş bir körpəni də daxil etməmək üçün sizləri məlumatlandıracam.
Əvvəlcə qeyd edim ki, qızıma daha fərqli şəkildə xoş gəldin desəm, xoşbəxt olardım. Heç nə dünyaya gələcək körpənin sağlamlığından, xoşbəxtliyindən daha əhəmiyyətli ola bilməz düşüncəsi ilə hərəkət etdim.
İki nəfər arasında yaşanmış münasibətin elə həmin iki nəfər arasında da qalması daha məqsədə uyğundur. Buna görə də uşaqlarıma və özümə olan hörmətimə görə susmağı seçdim. Eyni zamanda ana olacaq bir qadının psixologiyasını düşünərək susdum, indi də qızımın xoşbəxtliyi və sağlamlığı üçün susmağa davam edəcəm.
Məncə yaxşı bir ata olmaq yaxşı bir sevgili olmaqdan, yaxşı bir yoldaş olmaqdan çox daha önəmlidir.
Məryəmlə ayrılmış olsaq da, indi artıq tək məqsədim uşağımı öz himayəmə götürmək, bütün həyatım boyunca, maddi, mənəvi olaraq sevgi və diqqət içində uşağımın yanında olmaqdır”.
Hörmətlə, Can Atəş
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye