“Bütün pisliklərin kökündə yəhudilər dayanır” – “Oskar”lı aktyor
Bizi izləyin

Bilgi.az

“Bütün pisliklərin kökündə yəhudilər dayanır” – “Oskar”lı aktyor

Bu gün – 3 yanvar dünya şöhrətli aktyor Mel Gibsonun doğum günüdür. Kult.az aktyorun həyatı haqda maraqlı faktları təqdim edir.

Əsl adı Mel Kolumsil Gibson olan Mel Gibson 11 övladlı ailənin altıncı uşağı olaraq dünyaya göz açıb. O, 1956-cı il 3 yanvar tarixində Nyu Yorkda doğulub. Atası Hattın Gibson Nyu York Mərkəzi Qatar Yolları şəbəkəsində işləyirdi. Gibsonun 12 yaşı olanda atası iş yerində qəza keçirir, şirkət Gibsonun atasına 145 min dollar təzminat ödəməyə məcbur olur. Bu hadisədən sonra ailə Avstraliyadakı Sidney əyalətinə köçür. Gibson Sidney əyalətində katolik kolleclərindən birində təhsil alır.

Orta məktəbi bitirdikdən sonra əfsanəvi aktyor Souz Veylz Universitetinin dramaturgiya bölməsinə daxil olur. Maraqlısı budur ki, Gibson öz sənədlərini aktyorluğa vermək haqda heç vaxt düşünməyib. Böyük bacısı ondan gizlin sənədlərini universitetə verib. Daha sonralar isə bu peşə Gibsonun özünün də xoşuna gəlməyə başlayıb.

Tələbəlik illərində "Summer city" ( "Yay şəhəri" ) adlı bir filmdə "Skollop" adında cavan bir oğlanı canlandıran aktyor məzun olduqdan sonra Avstraliya Dövlət Teatrına qoşulur. Burda o, bir çox klassik tamaşada rol alır.

Kinematoqrafiyaya ilk ciddi gəlişi isə "Mad Max" ( "Xəstə Med" ) filmi ilə olub.

Filmdə canlandırdığı "Med" obrazı ilə Avstraliyada böyük şöhrət qazanır. Sözügedən filmdən sonra o, "The Road Warrior" filminə dəvət alır. Bu filmdəki ifasından sonra isə artıq ABŞ ərazisində də tanınmağa müvəffəq olur. Bundan sonra Gibson Denni Qloverlə birgə "Lethal Weapon" ( "Cəhənnəm silahı" ) filminə çəkilir və yenə də filmdə unudulmaz bir qəhrəmanı canlandırır. Sözügedən film o qədər uğur qazanır ki, onun ardıcıl dörd seriyasını çəkirlər.

Əldə etdiyi şöhrətdən sonra aktyor çəkiləcəyi filmləri özü seçmək qərarına gəlir. "Hamlet" və "Üzü olmayan adam" filmlərinə çəkilməsi aktyorun tamamilə öz istəyi idi. Böyük aktyorluq bacarığı tələb edən bu filmlərin o qədər də maraqla qarşılanmaması aktyoru yenidən aksiyon filmlər sahəsinə qayıtmağa məcbur etdi.

İngiltərəyə qarşı aparılan mübarizə əsasında çəkilən "Brave Heart" ( "Cəsur ürək" ) filminin həm rejissoru, həm də baş rol ifaçısı olan Gibson bu şedevr əsərdən sonra bütün dünyada məşhurluq qazandı. Sözügedən filmlə Mel Gibson iki Oskar mükafatına – ən yaxşı film və ən yaxşı rejissor – layiq görüldü.

2004-cü ildə Mel Gibsonun həyatı alt-üst oldu. Öz film şirkətini quran və Hollivuddan üz döndərən Gibson "İsa Məsihin ehtirasları" filmində rejissorluq etməsindən sonra yəhudiləri özünə qarşı qaldırdı.

Bir çox amerikalı aktyordan fərqli olaraq adı skandallarda az hallanan Gibsonun buraxdığı bu "səhv" onun kariyerasını məhv etdi. Müvəffəqiyyətlər və uğurlarla dolu olan kariyerası yəhudiləri qarşısını almaqla əməlli-başlı risk altına düşdü. Yəhudi lobbisi və Hollivud mətbuatı aktyorun qara piyarı ilə məşğul olmağa başladı.

Hələ 2004-cü ildə sözügedən film izləyicilərə təqdim olunmadan öncə Mel Gibson "Power 50" anketində "Hollivudun ən güclü 10 siması" siyahısında özünə yer almışdı. Eyni ildə büdcəsini tamamilə öz cibindən ödədiyi "İsa Məsihin ehtirasları" filmi ilə birlikdə "ən bahalı aktyor" adına da layiq görülmüşdü. 35 milyon dollara başa gələn film izləyicilərə təqdim olunduğu ilk gündəcə bütün xərclərindən daha artıq qazanc gətirdi.

Aktyorun həyatı böyük nailiyyətlərlə doludur, əslində. 1995-ci ildə çəkdiyi "Cəsur ürək" filmi hələ də ən çox izlənilən, sevilən və haqqında danışılan filmlərdən biridir. Amerika Film İnstitutunun hazırladığı, "Kinematoqrafiyanın ən təsirli 100 filmi" siyahısında altmış ikinci yerdə qərarlaşan, iki Oskar mükafatına layiq görülən bu film özü Gibson dühasını ortaya qoymağa kifayət edir. Amma Hollivudun bu parlaq aktyorunu 2004-cü ildə çəkdiyi filmdən sonra bəlalar izləyir. O, filmlərində əks etdirdiyi "siyasi mövqe"yinə görə təqiblərə məruz qaldı. Həyatı günbəgün izlənilən aktyor bir gün alkoqollu vəziyyətdə maşın sürərkən yol polisi tərəfindən saxlanılır və polisə dediyi sözlər uzun müddət gündəm manşetlərindən düşmür.

İçkili aktyora cəza yazan yol polisinə Gibson deyir:

"Sən də yəhudisən? Bu dünyada mövcud olan bütün pisliklərin kökündə yəhudilər dayanır".

Bu dialoq Gibsonun uzun müddət başını ağrıdır. Yəhudi lobbisi onun üzr istəməli olduğunu bildirir. Sonradan Gibsonun öz şəxsi həyatı, ailədaxili münasibətləri çirkin böhtanlara məruz qalır. Yəhudi lobbisini önünə alan aktyora çirkin böhtanlar atır, onu gözdən salmağa çalışırlar. Öz xanımına əl qaldırdığı haqda yalan xəbərlər mətbuatda yayımlanır. Hətta Gibsonun katolik məktəbində təhsil alması, atasının onu bir irqçi kimi böyütdüyü kimi çirkin söhbətlər də yayılır. Əsas səbəblərdən biri isə Gibsonun yəhudi soyqırımının bir uydurma olduğunu iddia etməsi olur.

Aktyoru gözdən salmaq cəhdləri nə qədər uğurlu alınır, deyə bilmərəm, amma "Cəsur ürək" filmindəki o uzun saçlı, yaraşıqlı vətənpərvərə kim nifrət edə bilər?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm