Qızına görə oğlunu satır – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qızına görə oğlunu satır – FOTOLAR

Çinin Şandun əyalətində yaşayan ailə xəstə qızının müalicəsi üçün oğlunu satışa çıxarıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, çinli ailə əkiz bacıların yeganə qardaşını imkanlı ailəyə satmaqla xəstə olan qızlardan birinin həyatını xilas etməyə çalışır. Bunun üçün 29 yaşlı Menq Sianqyan kimya terapiya üçün pul əldə etmək üçün küçələrin birində oğlunu satışa çıxarıb.

Küçədə əlində plakat tutub, oğlunu satışa çıxaran çarəsiz qadın deyib: "Bir il bundan qabaq çox gözəl ailəmiz vardı. Əkiz qızlarım və oğlumuzla xoşbəxt idik. Hər şey həkimlərin qızıma leykemiya diaqnozunu qoyana qədər davam etdi. Qızın müalicəsi üçün hər şeyimizi satdıq, dost-tanışdan borc pul aldıq. Amma pul kifayət etmədiyindən, oğlumuzu satmaqla qızın həyatını xilas edəcəyimizə ümid edirik".

Həkimlərin sözlərinə görə, qız kəskin limfatik leykemiyadan əziyyət çəkdiyi üçün ona hər 10 gündən bir kimya terapiyası olunmalıdır. Ailə qızcığazın xilası üçün evini də sataraq, kimya terapiyasi prosesinin keçirildiyi yerdə 10 kvadratmetrlik mənzilə köçməli olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm