• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Günəş sistemindən kənarda "ikinci Yer kürəsi" tapılıb - FOTO

  • Maraqlı
  • 7 Yanvar 2015 21:32
  • 766 Baxış
Günəş sistemindən kənarda "ikinci Yer kürəsi" tapılıb - FOTO

Amerika Astronomiya Cəmiyyətinin illik iclasında elan edilmiş səkkiz yeni tapılmış ekzoplanetin arasında "ikinci Yer" olmağa namizəd bir planet də var.

Publika.az xəbər verir ki, Günəş sistemindən kənarda olan planetlərin – ekzoplantelərin siyahısı Kepler teleskopundan alınan məlumatların təhlili əsasında tərtib olunur.

Lakin aşkar olunmuş səkkiz planetdən yalnız üçü "Goldilock" deyilən zonaya – yəni həyat üçün yararlı orbit zonasına düşür.

Belə orbitdə olan planetlər öz günəşləri olan ulduzdan təxminən Yerin Günəşdən aldığı qədər enerji alırlar.

Astronomların məlumatına görə, tapılmış planetlərdən biri – Kepler 438b şərti adını almış planet "Yerin ekizi" olmağa bundan əvvəlki namizəd Kepler 186f adlı planetdən daha layiqlidir.

Bu planet Yerdən 12 faiz böyükdür (o, Kepler 186f-dən də iridir) və cırtdan qırmızı ulduzun ətrafında dövrə vurur.

Cırtdan ulduzların temperaturu adətən Günəşin temperaturundan aşağı olur.

Bu halda sözü gedən planet öz orbitinin xüsusiyyətlərinə görə Yerdən 40 faiz çox istilik almalıdır.

Kaliforniyadakı Yerdən Kənar Zəka Axtarışı İnstitutundan professor Doug Coldvell deyib ki, bu planet Yerdən 475 işıq ili məsafəsindədir və onun səthindəki şərait barədə yalnız ehtimallar söyləmək olar.

Astronomlar bu planetin hansı süxurlardan ibarət olduğunu hələ ki, bilmirlər. Az və ya çox dərəcədə bilinən bu planetin təxmini diametri və orbitinin parametrləridir.

Səkkiz yeni ekzoplaneti aşkar etmiş təhqiqat qrupuna NASA və başqa Amerika elmi mərkəzlərindən 26 alim daxildir.

Bu arada Avropanın "Kepler"indən alınan məlumatları analiz edən alimlər qrupu özünün 500 "ekzonamizədlik" siyahısını tərtib edib.

Müasir astronomik cihazlar hələlik hətta bizə ən yaxın ekzoplanetlərin real təsvilərini almaq imkanı vermir.

Belə planetlərin göstəriciləri yerüstü və orbital teleskoplar tərəfindən həmin planetin görünən diskdən keçdiyi vaxt ulduzun işıqlanma dərəcəsinə görə hesablanır.

Belə təsvirlər baza məsafəsi on minlərlə kilometr olan interferometr tipli teleskoplardan alına bilərdi. Bu isə yalnız ucqar kosmosda mümkündür.

Belə bir teleskopun yaradılması astronomiyada inqilab sayılardı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR