Ebolaya qarşı daha bir peyvənd hazırlandı
Bizi izləyin

Bilgi.az

Ebolaya qarşı daha bir peyvənd hazırlandı

Hollanda şirkəti Qərbi Afrika ölkələrində yayılan minlərlə insanın ölümünə səbəb olan Ebola xəstəliyinə qarşı yeni peyvənd hazırlayıb.

Publika.az-ın məlumatına görə, Hollandiyanın Janssen dərman firmasının Danimarkalı bir firmanın köməyi ilə hazırladığı peyvəndin yaxın zamanda sınaqlarına başlanılacaq.

Peyvəndin Oksford Universitetində könüllülər üzərində tətbiq ediləcəyi gözlənilir.Test nəticələri mart ayında məlum olacaq.

Müxtəlif ölkələrin maddi köməyi ilə İsveçrədə hazırlanan və laboratoriyada heyvanlar üzərində təcrübə edilən peyvəndin müsbət nəticə verməsi gözlənilir. Nəticə müsbət olduqdan sonra Qərbi Afrika ölkələrində istifadə ediləcək.

Şirkət hazırda 400 min peyvənd hazırlayıb. Test nəticələri müsbət olduğu halda bir il yarım içində 5 milyon peyvənd istehsal etməyi planlaşdırır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm