Heyvanları sizin üçün belə soyurlar – DƏHŞƏTLİ FOTOLAR
Bizi izləyin

Bilgi.az

Heyvanları sizin üçün belə soyurlar – DƏHŞƏTLİ FOTOLAR

Gün ərzində telekanallarda bir neçə dəfə xəz-dəri qalereyalarının və bu qalereyaların bizə təqdim etdiyi məhsulların reklamını görürük. İlk baxışdan, hər kəs, xüsusən də qadınlar həmin geyimlərə sahib olmaq istəyir.

Amma inanırıq ki, sizə təqdim edəcəyimiz bu faktlardan sonra dəyəri bir neçə min manat olan bu geyimlərdən imtina edəcəksiniz. Təbii ki, bu, həmin geyimi almaq imkanına malik olanlara aiddir.

Əvvəla, xəzli heyvanlar min bir qəddar metodlardan istifadə olunaraq öldürülür. Bu metodlar sırasında ən populyarları heyvanları zəhərləmək, boğmaq, zəhərli qazlardan istifadə etməkdir.

Məsələn, Asiyada bu məqsədlə hər il iki milyon it və pişik öldürülür. Özünü dünyanın ən sülhpərvər, insanpərvər, heyvanpərvər, demokratik dövlətləri hesab edən Rusiya və Amerika isə belə məhsulların əsas istehlakçıları hesab olunur.

Çin dünyada xəz təsərrüfatının ən geniş inkişaf etdiyi ölkədir. Ölkənin xəz təsərrüfatları isə heyvanlar üçün əsl cəhənnəmdir. Burada dələ, tülkü, yenot kimi heyvanlar şəraitsiz qəfəslərdə saxlanılır. Və bu cəhənnəmin sonunda onları iztirablı ölüm gözləyir. Xüsusi məkanlarda heyvanları diri-diri soyurlar. Bəzən isə dərisi soyulmuş heyvan bir neçə dəqiqə yerində qıvrılaraq canını tapşırır.

Fotoda gördüyünüz tülküyə verilən əzab isə nə insanlığa, nə də… heyvanlığa sığır. Qurbana anal dəlik vasitəsilə cərəyan ötürülür. Amma bu, tülkünü öldürmək üçün deyil. Xəz fermalarında məhz bu metoda üstünlük verirlər. Çünki onun sayəsində xəz daha tiftikli və cazibədar olur.

Bəzən isə təsərrüfatçılar bir-iki günlük heyvanlara da qıyırlar. Məsələn, hər il dörd milyondan artıq qaragül cinsindən olan 1-2 günlük quzu dir-diri soyulur. Çünki bu cinsdən olan bala heyvanların yunu ilk bir neçə gün ərzində buruq olur və doğulandan üç gün sonra açılamğa başlayır. Xəz istehsalçıları daha bahalı və keyfiyyətli məhsul əldə etmək üçün belə edirlər.

Sonda insanların vəhşi hesab etdikləri heyvanlara qarşı törətdiyi vəhşiliklərin görüntülərini təqdim edirik. Sizcə, hansı daha vəhşi görünür bu fotolarda?

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm