Siyasətçi iki eşşəyə mükafat verdi
Bizi izləyin

Bilgi.az

Siyasətçi iki eşşəyə mükafat verdi

Hindistanlı siyasətçi yaxşı iş və sədaqətinə görə iki eşşəyi mükafatlandırıb.

Publika.az xəbər verirki, ölkənin Cənubundakı Banqalor şəhərində müvafiq mərasim vaxtı mükafatı siyasi partiyanın yerli şöbəsinin rəhbəri Vatal Nagaraj təqdim edib.

"Mən insanlardan daha sadiq, üzü yola, və intizamlı olan eşşək, it, camış və öküz kimi bütün ev heyvanlarını mükafatlandırmağı qərara almışam", - siyasətçi, mərasimdə qızılgül ləçəklərilə bəzədilmiş heyvanları nümayiş etdirərkən deyib.

NDTV saytınını yazdığına görə, heyvanların şöhrətləndirilməsinə həsr edilən mərasim şəhərlərarası avtobus vağzalında keçirilib.

Nagaraj Hindistanda iş heyvanları kimi istifadə edilən eşşəklərə bir çox hallarda əhəmiyyət verilmədiyini deyib. Tədbirin təşkilatçısı heyvanların "verdiyi töhvələrə görə" hər ay mükafatlandırılacağını bəyan edib.

Qeyd edək ki, Nagaraj Hindistanda mətbuatın diqqətini çəkən qeyri-adi etiraz aksiyaları ilə tanınıb. Misal üçün 2011-ci ildə yanacağın bahalaşmasına etiraz edən siyasətçi Çamaracanagar şəhərinin mərkəzində camış belində gəzib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm