• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Planetin 20 ən möhtəşəm tikilisi - Foto

  • Maraqlı
  • 14 Fevral 2014 10:44
  • 1 751 Baxış
Planetin  20 ən möhtəşəm tikilisi  - Foto

Publika.az sizə keçmiş SSRİ ölkələrinin futuristik binalarını, 7 qeyri-adi kilsə tikililərini, 13 qəribə tikinti materiallı evləri, yer kürəsinin 10 qeyri-adi evlərini nümayiş etdirir:

  1. İtalyan Massimiliano Fuksasın Şençjen aeroportunun yeni terminalı üzəri pulcuqlu pəncərələrlə örtülmüş yarım kilometrlik balıq formasında inşa edilib. Tikilinin inşası 4 ildən çox çəkib və 1.4 milyard dollara başa gəlib.
  1. Rem Kolxasın Rotterdamda tikdirdiyi binası Hollandiyanın ən iri həcmli tikilisi hesab olunur. Rotterdamın keçmiş liman rayonunda inşa etdirdiyi, divarlarının hərəsi bir neçə metrlik şüşəli binanın 8 bloku yaşayış, ofis və otel üçün nəzərdə tutulub. Bina 1997-ci ildə layihələşdirilib, lakin böhran ucbatından inşası yalnız 2008-ci ildə yekunlaşıb. Bina 340 milyon avroya başa gəlib.
  1. Çinin Şençjen şəhərində Rem Kolxasın növbəti tikilisi.
  1. Keçən il Bazel şəhərində de Maronun inşa etdirdiyi ticarət mərkəzi.
  1. Yapon minimalisti Şiqer Banın İsveçrə proyekti, kartondan hazırladığı tikili. Heç bir bolt və dəmir betondan istifadə olunmayıb. Arxitektora öz vətənində bu tikilini inşa etməsinə icazə verilmədiyi üçün öz ideyasını Avropaya gətirib.
  1. Norman Fosterlə Zaha Hadidin birgə layihəsi. Bakıda Heydər Əliyev adına olan muzey öz axıcı formasına görə dünyanın ən maraqlı muzeylərindən biri hesab oluna bilər.
  1. 2013-cü ildə Marsel Avropanın mədəniyyət mərkəzi elan olub və bu hadisənin şərəfinə tikintisi 10 il bundan əvvəl başlamış MUCEUM-Avropa və Araliq dənizi sivilizasıyanın muzeyini açıq elan edib.
  1. Oslo şəhərində Norveçin neft şirkəti Statoil-in yeni qərargahı.
  1. Melbrunda molekul təhqiqatlar mərkəzinin binası iri rəngli molekulu xatırladır. Aşağı mərtəbəsi tələbələr üçün auditoriya otağı, yuxarı mərtəbəsi isə alimlər üçün laboratoriya.
  1. Dalyan beynəlxalq konfrans mərkəzi .
  1. Britaniyanın Halley VI antarktik stansiyası 8 vaqondan yığılmış böyük oyuncaq qatarını xatırladır. Kəskin hava şəraitinə görə tikilinin inşası dörd il çəkib.
  1. Isveçin Malmö şəhərində yenicə istifadəyə verilmiş ticarət mərkəzi. Arxitektor Hert Vinqord binanı əridilmiş kəhrəba formasında inşa edib.
  1. Sinqapurda “yaşıl” bina.
  1. Kopenhagendə “Mavi planet” akvariumu. Dünyanın ən böyük akvariumu quş baxışından ya vinti ya da, iri burulğanı xatırladır.
  1. Almaniyanın çox da böyük olmayan Roytlinq şəhərində konsert zalı.
  1. Çinin Çendu meqapolisində yaşayış binası. Çendu seysmik cəhətdən aktiv bölgədə yerləşdiyi üçün qeyri-adi forma ona təkanlara tab gətirməyi yardım edir.
  1. Londonda yaşayış kompleksi
  1. Dubayda 300 metrlik yaşayış binası. Binadakı küləyin təzyiqini azaltmaq üçün yuxarı mərtəbələri 90 dərəcə fırladılıb.
  2. Belçika şəhəri Xasseltdə məhkəmə binası.
  1. 300 metrlik London tikilisi Avropa birliyinin ən hündür binasıdır.

Cəmalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR