Qışın ortasında ağaclar çiçək açdı
Bizi izləyin

Bilgi.az

Qışın ortasında ağaclar çiçək açdı

Ağacların tez çiçəkləməsi məhsul itkisinə səbəb olacaq

Türkiyədə fevralın ortasında ağaclar çiçək açıb.

Anspress-in Türkiyə mətbuatna istinadən verdiyi məlumata görə, maraqlı təbiət hadisəsi Qara dəniz sahillərində yerləşən Akçakocada baş verib.


Burada havanın temperaturu 20 dərəcəyə çatıb.


Havaların isti keçməsi səbəbi ilə meyvə ağacları çiçək açmağa başlayıb. Fevral ayında ağacların çiçək açması vətəndaşların da təəccübünə səbəb olub.


Bu maraqlı təbiət hadisəsini şərh edən Kənd təsərrüfatı idarəsinin müdiri Cenk Doğan: “Havanın istiliyi 20 dərəcə olduğuna görə, aprel ayında çiçəkləməli olan ağaclar fevralda çiçək açıb. Bundan sonrakı günlərdə havaların soyuması, donma halları zamanı ağaclar meyvə verə bilməyəcəyinə görə məhsul itkisi yaşanacaq”, - deyə bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm