Bilgi.az
Azərbaycanda hörümçəyin 3 yeni növü aşkarlanıb
Dünyada ilk dəfə Azərbaycan alimi tərəfindən hörümçəyin 3 yeni növü aşkarlanıb.
Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutundan məlumat verilib.
İnstitutdan bildirilib ki, yeni hörümçəklər biologiya üzrə fəlsəfə doktoru Natalya Sneqovaya tərəfindən tapılıb. Yeni hörümçəklər otbiçən növ - Rilaena kelbajarica, Phalangium mcheidzeae, Phalangium gorbunovi adlanır. Dünya elmi üçün yenilik olan bu yeni növ hörümçəklər elm üçün təsvir də edilib. Bu hörümçəklərin nazik, uzun ayaqları var və ot biçən formadadırlar.
Bununla yanaşı, alimlərimiz Azərbaycanda ev və vəhşi heyvanlar arasında ilk dəfə parazitlərin Cryptosporidium parvum növü aşkarlayıb. Lənkəran şirin sularında ilk dəfə olaraq, Qafqaz faunası üçün 1 növ çanaqlı amöb (Difflugia microclaviformis) və Azərbaycan faunası üçün (D.corona tuberculata) növü tapılıb.
Bunlardan əlavə, Azərbaycan faunasında ilk dəfə olaraq, yeni həşəratlar- 6 növ iynəcələr (Coenagrion puella (Linnaeus, 1758), C.vanbrinkae Lohmann, 1993, Cordulegaster insignis charpentieri Kolenati, C.vanbrinkae Lohman, 1993, Crocothemis servilla Drury, 1773, Libellula pontica Selys, 1887), Qafqaz faunası üçün 1 növ aktinetid gənələri (Myrmicothrombium sp.) ilk dəfə qeyd olunub.
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi