Bilgi.az
Uşaqların atalığından imtina etdi: "Mən əkiz istəmirdim"
Əkizlər əvəzinə tək oğul istədiyini deyən isveçli ata aldadıldığını, fırıldaq qurbanı olduğunu bildirərək əkiz uşaqların atalığından imtina etmək məqsədilə məhkəməyə üz tutub.
Milli.Az AHT-yə istinadən bildirir ki, İsveçin Malmö şəhərində
yaşayan ərlə arvad arasında əkiz doğulmuş uşaqlara görə dava düşüb.
Ərin dediyinə görə, o, əkiz uşaq istəmirdi.
"Arvadım ana ola bilmirdi. Bunun üçün 2011 və 2012-ci ildə Litvanın
paytaxtı Riqaya, reproduktiv sağlamlıq klinikasına yollandıq.
Müayinələrdən sonra bizə dedilər ki, arvadım süni mayalanma yolu
ilə hamilə qala bilər. 2012-ci ilin dekabr ayında əkizlər doğuldu.
Lakin mən əkiz yox, tək uşaq istəyirdim", - ər deyib.
Ərin dediyinə görə, arvadı ondan icazə almadan, gizli şəkildə
bətninə "nəzərdə tutulandan artıq" embrion yeridilməsini
istəyib.
"Yaşlıyam, 43 yaşım var. İki uşağa baxmaq üçün enerji və gücüm yoxdur. Üstəlik, uşaqları saxlamaq üçün yetərincə maliyyə imkanlarına da malik deyiləm", - başabəla ata deyib.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO