Gənc model əməliyyat stolunda vəfat etdi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Gənc model əməliyyat stolunda vəfat etdi – FOTOLAR

Ekvadorun gözəllik yarışında qalib gəlmiş 19 yaşlı modelə avtomobil və planşet hədiyyə olunub. Hədiyyələr arasında pulsuz liposaksiya əməliyyatı da olub. Bu hədiyyə 19 yaşlı qıza həyatı bahasına başa gəlib.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, dərialtı piylərin aradan qaldırılması üçün plastik əməliyyat etdirən qız vəfat edib. O, liposaksiya zamanı elə əməliyyat stolundaca keçinib.

Gözəllik kraliçası Katerina Kanto Ekvadorun klinikalarının birində plastik əməliyyata razılıq verib. O, öz hədiyyəsini keçən ilin oktyabrında qazanıb. Lakin Katerina hədiyyədən indi yararlanaraq cərrah bıçağı altına uzanıb. Müsabiqənin jüri heyəti ona artıq çəkisini atmağı məsləhət bilsə də, o, əməliyyatla bağlı aylarla tərəddüd edib. Katerina əməliyyat keçirməkdənsə, artıq çəkisini fiziki yolla atmağı düşünüb.

Qızın qardaşının verdiyi məlumata görə, plastik cərrah gözəllik kraliçasından əl çəkməyərək, onu ölümə doğru aparan əməliyyatdan yararlanmağa sövq edib. Həkim aylarla qıza zəng edərək onu dilə tutub. Sonda Katerina təslim olub. Xarici mətbuatın versiyasına görə, qızı cərrahi əməliyyatdan keçməyə sövq etməkdə müsabiqə təşkilatçılarının hansısa gizli marağı olub.

Klinikadan Katerinanın ailə üzvlərinə onun ürək çatışmazlığından vəfat etdiyi deyilib. Lakin qızın vəkilinin sözlərinə görə, gənc model beyin axıntısından dünyasını dəyişib.

Hazırda ekspertlər qızın ölüm səbəblərini araşdırırlar. Qızı əməliyyat edən həkim nəzarət altına alınıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm