Ən pis filmlərin siyahısı açıqlandı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Ən pis filmlərin siyahısı açıqlandı – FOTOLAR

Dünya kino aləmində ən təhqiredici mükafat olan "Qızıl moruq"un namizədlərinin siyahısı mətbuatda açıqlanıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Qızıl moruq" antimükafatının təqdimat mərasimi fevralın 21-də Los-Ancelesdə keçiriləcək. Mükafatın məbləği isə heç 5 dolları belə aşmır.

Ənənəyə görə, "Qızıl moruq"un təqdimatı "Oskar" mükafatından sonra baş tutur.

2014-cü ilin ən pis filmləri siyahısında "Tısbağa nindzalar", "Tərk edilmiş", "Transformerlər: Məhv dövrü", "Herakl: Əfsanənin başlanğıcı" və "Miladı xilas etmək" kimi filmlər namizəddir.

2014-cü ilin ən pis aktyorları siyahısında Nikolas Keyc, Adam Sendler, Kirk Kameron, Kellan Lats, Mel Gibson, Arnold Şvartsnegger kimi aktyorların adı var. Ən pis aktrisalar gəldikdə isə bu siyahıya Drü Berrimor, Şarliz Teron, Melissa MakKarti, Meqan Foks, Süzan Sarandon daxildir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm