Pişik 2 aylıq körpəni xilas etdi – FOTO
Bizi izləyin

Bilgi.az

Pişik 2 aylıq körpəni xilas etdi – FOTO

Rusiya Federasiyasının Kaluqa vilayətində yerləşən Obninsk şəhərində yaşayan Murka adlı pişik ailənin sevinc və fəxrinə çevrilib.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, Murka yanvarın 10-da naməlum insanlar tərəfindən bloka atılmış oğlan uşağını bir neçə saat ərzində qızdırıb və onu soyuqdan ölməyə qoymayıb.

Mənzil sakinlərindən biri olan Nadejda blokdan möhkəm, ürək dağlayan pişik iniltisi eşidib. Səsə çıxan qonşu pilləkən tərəfdə qoyulmuş qutuya yaxınlaşıb.

Nadejda deyib: "Murka 3 ildir ki, evdə yaşayır. Onun səsinə çıxdım. Pişiyə toxunmaq istəyəndə Murka onu incitmək istədiyimi sanıb qaçdı. Onun miyoldadığı qutuya tərəf gəldim. Sən demə, orada körpə var imiş. Uşaq 2 aylıq olardı. Murka da onun yanında idi"...

Blok soyuq olsa da, xoşbəxtlikdən, uşaq donmayıb. Körpənin bir tərəfi çox isti olub. İş ondadır ki, pişik qutuda onunla yanaşı uzanaraq körpəni qızdırıb. Uşaqdan imtina edən kəslər ona qış kombinezonu və papaq geyindiriblər. Körpənin yanında heç bir məktub olmayıb.

Nadejda deyib: "Körpə təmiz, səliqəli qutuya butulka, əmzik və uşaq bezi ilə birlikdə qoyulub. Görünür, kimsə ağır həyat səviyyəsinə görə uşaqdan imtina etmək istəyib".

Hadisə yerinə həkim və polis gələnə qədər Murka körpənin yanından çəkilməyib.

Nadejda və həkimlərin sözlərinə görə, Murka körpə oğlanı öz balası kimi qəbul edib. Həkim deyib: "O, bir ana kimi narahatlıq keçirərək adamların arasında o yan-bu yana qaçırdı. Sürücü körpəni götürüb aparmaq istədikdə isə Murka ona tərəf qaçaraq, yazıq-yazıq miyoldamağa başlayıb".

Maraqlısı odur ki, körpəni təcili tibbi yardım maşını ilə apararkən Murka avtomobilin dalınca qaçıb. Lakin onu maşının içərisinə buraxmayıblar. Qonşuların sözlərinə görə, zavallı pişik səkidə oturaraq yola baxıb.

Tapılan körpə isə şəhər xəstəxanasına aparılıb. Onun sağlamlığı ilə bağlı heç bir problem yoxdur. Polis isə onun valideynlərinin axtarışı ilə məşğuldur. Murka isə hələ də insan övladının yatdığı qutunu iyləyərək orada yatır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm