Kral əmr etdi, 320 kq arıqladı - FOTO
Bizi izləyin

Bilgi.az

Kral əmr etdi, 320 kq arıqladı - FOTO

"Dərhal arıqla!" əmrindən sonra sərt pəhriz saxlamağa və müalicə olunmağa başlayıb

Səudiyyə Ərəbistanı Krallığında yaşayan Xalid bin Möhsün Şəri adlı gənc arıqlayıb.

O, ölkə kralı Abdulla ibn Əbdel Əziz əl Səudun "Dərhal arıqla!" əmrindən sonra sərt pəhriz saxlamağa və müalicə olunmağa başlayıb.

Sonucda Xalid 320 kq arıqlayıb.


Milli.Az AHT-yə istinadən bildirir ki, 20 yaşlı Xalid pəhrizə və müalicəyə başlamazdan əvvəl 610 kq çəkiyə malikdi. Həkimlər ona "Arıqlamasan, öləcəksən" desələr də, Xalid arıqlaya bilmirdi.


Ötən ilin avqust ayında Xalid barədə xəbərlər ABŞ və Avropa mediasında yer alandan sonra kral Abdulla bu gəncdən xəbər tutub, Xalidin paytaxt Ər-Riyaddakı klinikalardan birinə yerləşdirilməsini tapşırıb. Xalidə isə kralın "Arıqla, yoxsa ölərsən" sözləri çatdırılıb.


Jizan şəhərində yaşadığı evdən divarların dağıdılmasından sonra qaldırıcı kranla aşağı endirilən Xalid sərt pəhriz, müalicə nəticəsində indi "cəmi" 290 kq çəkiyə malikdir.


Onun xəstəxananı nə zaman tərk edəcəyi bəlli deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm