• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qəribə kəşf: Gözlərini yum və xatırla

  • Maraqlı
  • 17 Yanvar 2015 06:45
  • 639 Baxış
Qəribə kəşf: Gözlərini yum və xatırla

Surreya Universitetindən tədqiqatçılar qrupu qəribə kəşf ediblər. Məlum olub ki, insana gözləri yumulu vəziyyətdə informasiyanı xatırlamaq və hadisələrin gedişini bərpa etmək daha asandır.

Tədqiqatçılar hesab edirlər ki, cinayət şahidlərinin dindirilməsində bu kəşfin tətbiqi adamların gördüklərini və eşitdiklərini daha yaxşı xatırlamasına kömək edər.

Bundan başqa, alimlər insanın informasiyanı yaddaşı üzrə canlandırmaq bacarığı ilə ona sual verən opponentinə münasibəti arasında bilavasitə əlaqə olduğunu aşkar ediblər.

Eksperiment vaxtı psixoloqlar 178 könüllüdən təmir işləri apardığı evləri soymuş elektrik ustası haqqında kiçik filmə baxmaq xahiş olunub.

Sonra qrupdan gördüklərini xatırlamaq xahiş olunub. Bu halda sınananlara gördüklərini qapalı və ya açıq gözlərlə, həmçinin rəğbət doğuran və ya doğurmayan adamı intervyuyer seçərək canlandırmaq təklif olunub.

Daha sonra onlara əhəmiyyətsiz detallar barədə, məsələn, "furqonun ön hissəsində nə yazılmışdı" kimi suallar verilib.

Gözləri bağlı fikirləşən respondentlər suallara gözləri açıq olanlardan 23 faiz çox düzgün cavab veriblər. Həmçinin xoşa gələn şəxsi özünə intervyuyer seçənlərin cavabları da kifayət qədər ətraflı və dəqiq olub.

Psixoloqlar hesab edirlər ki, vizual qavrayış beynin hesablama gücündə böyük həcmi tutur və buna görə də müvəqqəti olaraq "görmənin qapanması" digər bacarıqlara daha effektiv təsir göstərir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR