• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Gorbagor edilən məşhurlar – FOTOLAR

  • Maraqlı
  • 17 Yanvar 2015 17:45
  • 1 649 Baxış
Gorbagor edilən məşhurlar – FOTOLAR

Sağlığında çox işləyib əziyyət çəkən insanların belə bir deyimi var: "eybi yox, o dünyada dincələrik". Bu qanun bəlkə də işləyir, lakin çox adam üçün yox.

Publika.az öldükdən sonra belə dinc qoyulmayan məşhur insanları təqdim edir.

Albert Eynşteyn

Albert Eynşteyn ötən əsrdə yaşamış ən dahi alimlərdən biri olub. Onu tanımayan insan yoxdur.

Eynşteynin çətin riyazi dilemmaları həll edə bilən unikal beyni vardı. Alim vəfat etdikdən sonra onun beyni bir çoxları üçün əsil tədqiqat obyektinə çevrildi.

Patoloq-anatom Tomas Ştolts dahi alimin kəllə sümüyünü yararaq, onun beynini çıxarıb. Üzərində tədqiqat aparmaq üçün onu iki yerə bölərək laboratoriyasında saxlayıb. Alimin beyin üzərində apardığı analizlərin nəticələri elmi məqalədə dərc olunub.

Yeri gəlmişkən qeyd edək ki, Eynşteynin gözləri də beyni ilə eyni vaxtda çıxarılıb. Onun gözlərini oftalmoloq Henri Abrams özünə götürüb. İndi isə gözlərin harada yerləşməsi məlum deyil.

Mata Hari

Mata Hari ötən əsrdə fəaliyyət göstərən rəqqasə və kurtizan qadınlardan biri olub. Lakin onun fərqli cəhəti Birinci Dünya müharibəsi zamanı Almaniyanın xeyrinə casusluq etməsi idi.

Ələ keçirilən Mata Harinin güllələnmə əmri verilir. Onun meyitini yaxınları istəmədiyindən, cəsəd anatomik teatra təhvil verildi. Mata Harinin balzamlanmış başı uzun müddət idi ki, Parisdə yerləşən anatomiya muzeyində sərgilənib. Lakin hazırda Mata Harinin kəlləsi və bədəninin harada saxlanması məlum deyil. 1954-cü ildə muzeyin köçməsi ilə əlaqədar kəllə və bədənin itdiyi ehtimal olunur.

Oliver Kromvell

Məşhur ingilis inqilabçısı, siyasətçi, İngiltərə, Şotlandiya və İrlandiyanın lord-protektoru Oliver Kromvell 1658-ci ildə vəfat edib. Lakin ölkədə hərc-mərclik başlayır, nəticədə hakimiyyətə Oliver Kromvell tərəfindən qətlə yetirilən I Karlın oğlu II Karl gətirilir. II Karl hakimiyyətə gələn kimi atasının intiqamını almaq haqda düşünür. Kromvellin vəfatından 2 il keçsə də, o, cəsədi qəbirdən çıxardaraq insanların gözü qarşısında asdırdı. Hələ bu azmış kimi, asılmış cəsədini xainlikdə günahlandırıb şallaqladılar. "Edamdan" sonra Oliver Kromvellin başını nizənin ucundan asdılar. Baş bu vəziyyətdə o, düz 25 il qaldı. Kəllə sonradan əldən-ələ gəzməyə başladı. Sonda isə kəllə 300 ildən sonra – 1960-cı ildə muzeyə təhvil verildi. Lakin bədənin indi harada olduğu məlum deyil.

Napoleon Bonapart

Dahi fransız imperatoru Napoleon Bonapart 52 yaşında vəfat edib. O, Avropanı istila etməsi və boyunun alçaq olması ilə məşhur idi. Bonapart ölməzdən əvvəl cəsədinin yarılmasını və üzərində tibbi dərmanların sınağının keçirilməsini vəsiyyət edib. Onun üzərində yarma işləri aparan həkim bu fürsətdən istifadə edərək, Bonapartın cinsi orqanını kəsərək keşişə bağışlayıb. Onun intim orqanı sonralar əldən-ələ gəzməyə başladı. Sonda isə 1977-ci ildə Evan Lattimer adlı bir nəfər onu 3 min dollara aldı.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR