Qətlə yetirdiyi qadınlara təcavüz edən 30 yaşlı manyak - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Qətlə yetirdiyi qadınlara təcavüz edən 30 yaşlı manyak - FOTOLAR

"Sağ qadınlardan qorxan adam" - qəzet yazarları 1970-ci illərin əvvəllərində silsilə qətllər törətmiş qatil manyakı məhz bu cür adlandırırdılar. Boris Efimoviç Serebryakov 18 avqust 1941-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Malqobek şəhərində dünyaya gəlib.

Rus-şərq qarışıqlı xarici görkəmə, arıq-cılız bədən quruluşuna malik olan Boris dəlisov idi. O, içkili vəziyyətdə dava-dalaş saldığı üçün bir neçə dəfə milis tərəfindən saxlanılıb. Bundan başqa, Boris qohumları, eləcə də iş yoldaşları ilə yola getmir, hətta bir dəfə anasına da əl qaldırmışdı. Serebryakov çoxsaylı oğurluq, quldurluq, soyğunçuluq əməlinə imza atıb. Lakin bu, onun kriminal karyerasında, sadəcə, bir başlanğıc olub.

Boris Efimoviç hərbi xidməti başa vurduqdan sonra Kuybışevdə yaşayan bacısının yayına gedir. Orada o, kabel zavodunda çalışıb. Boris ilk dəfə Kuybışevdə bir qadını zorlamağa cəhd göstərib. Hadisə 1967-ci ildə baş verib. O, ilk qurbanı kimi növbətçi dispeçer stansiyasında işləyən qadını seçir. Lakin həmin qadın heç də sakit birisi deyildi. Onun müqavimət göstərmə gücü manyakı qorxuya salır. Bununla da Borisin ilk cəhdi uğursuz alınır. Qadına iki bıçaq zərbəsi endirən manyak istəyini reallaşdıra bilməyəcəyini gördükdə qaçır və hadisə yerindən uzaqlaşır.

Serebryakov birinci qətl hadisəsini 1969-cu il aprelin 27-dən 28-nə keçən gecə törədib. Belə ki, o, "Proqress" fabrikinin həyətində yaşayan Stepan adlı şəxsi qətlə yetirir. Boris hər əlinə bir kərpic alır və Stepanın evinə daxil olur. Bu vaxt Stepan hər şeydən xəbərsiz bir küncə çəkilib yatırdı. Boris onun başına kərpiclə 10 dəfə zərbə vurur və nəticədə, Stepan yerindəcə ölür. Bununla hirsi soyumayan manyak Stepanın 5 yaşlı oğlu Lyonyanı və arvadı Mariyanı xüsusi amansızlıqla qətlə yetirir. Bir qədər sonra isə Boris qadının cəsədinə təcavüz etməyə başlayır. O, Stepanın evindəki 135 rublu və saatı götürüb evdən çıxır. Hadisə yerindən uzaqlaşan manyak təxminən 5-10 dəqiqədən sonra geri dönür və evi yandırır.

1970-ci ilin aprelində isə ana və qız Serebryakovun qurbanı oldu. Yatan qadınlara qəfil hücum çəkən manyak balta zərbəsilə onların hər ikisini öldürdü. Bundan sonra Boris ananı zorlamağa başladı. Bu vaxt məlum oldu ki, ana və qızı hələ sağdır, ölməyiblər. Odur ki, özünə gələn qız dərhal kömək çağırmağa başlayıb. Bu isə manyakı qorxudub və o, işini yarımçıq saxlayıb aradan çıxıb.

Həmin ilin may ayının 8-dən 9-na keçən gecə Çekistov küçəsindəki mənzilə soxulan Efimoviç balta ilə ev sahibi, 70 yaşlı qadını və onun mənzilində kirayədə qalan 30 yaşlı Ninanı qətlə yetirib. Məhz o zaman baş verənlər haqda bütün şəhər hər şeyi öyrəndi. Qarşıda ölkəni SSRİ Ali Sovetinə növbəti seçkilər gözləyirdi. Seçkilər baş tutdu. Lakin Kuybışev sakinləri insanları səbəbsiz yerə, xüsusi amansızlıqla qətlə yetirən, hələ bu azmış kimi, öldürdüyü qadınlarla cinsi əlaqəyə girən manyakı tapa bilməyən bir iqtidara səs vermədilər. Halbuki rəsmi qurumlar manyakın yaxalanması istiqamətində ciddi tədbirlər görürdülər. Məsələn, mayın 22-də artıq "Kuybışev təcavüzçüsü"nün işi araşdırılmağa başlanmış, bununla əlaqədar xüsusi əməliyyat-axtarış qrupu yaradılmışdı. Hətta gecə saatlarında küçə və dalanlar könüllü xalq dəstələri tərəfindən nəzarətdə saxlanılırdı. Lakin bütün bunlar Borisə qanlı final zərbəsini vurmağa mane olmayıb.

Beləliklə, iyunun 4-dən 5-nə keçən gecə manyak şəhərin digər tərəfində yerləşən Podqornoy küçəsindəki evə daxil olur. O, bu dəfə balta ilə bir ailəni – Aleksandrı, onun 30 yaşlı həyat yoldaşını, eləcə də 10 yaşlı oğlu Sergeyi və 5 yaşlı qızı Tanyanı qanına qəltan edir. Manyak qadını qətlə yetirdikdən sonra onun cəsədilə cinsi əlaqəyə girir. "Ənənə"sinə sadiq qalan Serebryakov işini yekunlaşdırdıqdan sonra mənzili yandırıb.

Bu hadisədən 3 gün sonra, könüllü xalq dəstəsinin üzvü Sergey Qayfullin gecə saatlarında aeroport yolunda şübhəli velosipedçini görür. Manyakın cinayət törədəcəyi yerə "Ukrayna" adı ilə tanınan velosipedlə getdiyini artıq hər kəs bilirdi. Çünki Borisin baş çəkdiyi məkanlardan birində üzərində Xarkov velosiped zavodunun emblemi olan velosiped aşkarlanıb.

Könüllü xalq dəstəsinin üzvünün üzərinə gəldiyini görən Efimoviç yaxalanmamaq üçün dərhal velosipeddən düşür və qaçmağa başlayır. Sergey Qayfullin isə onun ardınca hərəkətə keçir. Manyak yol kənarındakı ictimai tualetə daxil olur və bu yolla gizlənməyə çalışır. Lakin bu mümkün olmur. Çünki Sergey artıq hadisə ilə bağlı bütün könüllü xalq dəstə üzvlərinə məlumat vermişdi. Onlardan biri ictimai tualetin qapısını açdıqda Boris həmin şəxsə ilk öncə üzündən, daha sonra isə kərpiclə başına zərbə endirib. Beləcə, dərmir yolu istiqamətinə doğru qaçan manyak dalınca düşən şəxslərdən yaxa qurtarmağa müvəffəq olur. Lakin "Proqress" fabrikinin yaxınlığına çatdıqda artıq orda Serebryakovu gözləyirdilər.

Beləliklə, çətin də olsa, sonda yaxalanan manyakdan növbəti gün qan analizi və barmaq izləri alınıb. Araşdırmalardan sonra məlum olub ki, son vaxtlar şəhərdə baş verən dəhşətli cinayət hadisələrini Boris Efimoviç Serebryakov törədib. Ekspertlər Borisin psixi pozğunluğunun olduğunu bildirsələr də, qeyd ediblər ki, o, cinayətləri törətdiyi vaxt ağlı başında olub. Bu səbəbdən də 1970-ci ilin payızında Samara Vilayət Məhkəməsi Serebryakov barəsində ölüm hökmü çıxarıb. Hökm elan olunduğu vaxt zaldakı insanlar qərarı alqışlayıblar. Bu isə manyakın əsəbiləşməsinə səbəb olub və Boris "Mən hələ qayıdacam" deyə onlara cavab verib.

P.S. Serebryakov əfv üçün bir neçə ərizə yazıb, lakin onlar hər dəfəsində rədd olunub. Manyak 1971-ci ildə həbsxanada güllələnib. O vaxt Borisin 30 yaşı hələ yenicə tamam olmuşdu…

Vazeh Bəhramoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm