Polisi zombi bilib atəş açdı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Polisi zombi bilib atəş açdı – FOTOLAR

ABŞ-ın Oklahoma ştatının sakini Horton evinə daxil olan qaradərili polis işçisinə atəş açıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, hadisə yanvarın 15-də baş verib. Belə ki, Hortonun evinə yaxınlaşan polis qapını döyərək özünü təqdim edib. Ev sahibi 29 yaşlı Dallas Horton isə polis işçisi Luis Rossun sinəsindən üç dəfə atəş açıb. Xoşbəxtlikdən, polis sağ qalıb, çünki onun əynində qoruyucu jilet olub.

Hortonun verdiyi məlumata görə, səhər tezdən evinə polisin gəlişini gözləmədiyi üçün ona hücum edib.

Hadisənin maraqlı tərəfi isə ondan ibarətdir ki, Hortonun evindən zombiləri məhv etmək üçün saxlanılan silah-sursat müsadirə edilib. Onun evinin qapısında isə "Zombilərin sertifikatlaşdırılmış ovçusu" yazılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm