Bilgi.az
Məşhur aktyorun filmi erməni və yunanları qəzəbləndirdi - PREMYERA
Məşhur avstraliyalı aktyor Rassel Krounun Türkiyə və Avstraliyada çəkdiyi, Türkiyədə "Son ümid" kimi tanınan "Su axtaran" tarixi filmi ("The water diviner") erməni və yunanların etirazına səbəb olub.
Publika.az xarici mətbuata istinadən məlumat verir ki, Gallipoli döyüşündən bəhs edən film "erməni və yunan soyqırımı" haqda çəkilən tarixi-sənədli film kimi anons edilib. Lakin ermənilər və yunanlar iddia edirlər ki, filmdə tarixi faktlar təhrif olunub və türk mövqeyindən çıxış olunub.
ABŞ və Avstraliyada filmlə bağlı etiraz aksiyası keçirilib. "The Spectator" qəzetində film haqqında məqalə dərc olunub. Bundan əlavə, erməni və yunanlar Rassel Krounun filminə qarşı imza da toplamağa başlayıblar. "Horizon weekly" nəşri isə yazıb ki, film "soyqırım" yaşayan erməni və yunanların ləyaqətini alçaldır.
Erməni və yunan diasporu məktub yazaraq kino şirkətinə etiraz edib: "Rassel Krou necə belə film çəkə bilərdi? Necə yunanları, erməniləri qəddar, türkləri isə qurban kimi göstərmək olar? Əgər Adolf Hitlerin qəhrəman kimi təqdim olunduğu film çəkilsəydi, hamı şokda olardı. "Su axtaran" filmində tarix təhrif olunur və yalnız bir şeyə xidmət edilir - Türkiyəni sakitləşdirmək və soyqırımı inkar etmək".
Yunanlar "Facebook"da səhifə yaradaraq 10 gün ərzində Avstraliyada 10 milyon dollar gəlir gətirən filmin boykot olunmasına çağırıblar və "tarixi həqiqətlərin" bərpa olunması üçün ermənilərlə birliyə dəvət ediblər.
Qeyd edək ki, filmin premyerası dekabrda Avstraliya və Türkiyədə eyni vaxtda keçirilib. Baş rolu Rassel Krou ifa etsə də, filmə türk aktyorlar da dəvət alıb. Kino şirkəti və Rassel Krou hələlik tənqidlərə cavab verməyib.
Qeyd edək ki, film Azərbaycan tamaşaçısına mart ayında təqdim olunacaq.
Nura
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq +
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"