Bilgi.az
Qayaüstü sevgi etirafları… - FOTOLAR
Bu gün - 14 fevral....
Cəmiyyətimizin bir qisminin qəbul etdiyi, bir qisminin də yaxın buraxmadığı sevgililər günü.
Redaksiyadan təklif olundu ki, bununla bağlı fotosessiya hazırlayaq. Səhər tezdən düşdüm şəhərin canına. Az getdim, çox getdim bir də gördüm ki, budur – Bakı Bulvarındayam.
Əlimdə kamera xoşbəxt cütlüklər axtarıram. Bu arada qarşıma çıxan bir neçə xanım məni mərdiməzar belə adlandırdı. Düşündüm, qərar verdim ki, yox, mərdiməzarlıq etməyəcəm. Nəsə başqa bir şey tapmaq lazımdır. Aha, sən demə, axtardığım elə ayaqlarımın altındaymış. Yox, əstəğfrüllah… Məni yanlış anlamayın.
…. Ayaqlarımın altına baxanda bir anlıq gözlərimin önündə qədim qayaüstü təsvirlər, yazılar canlandı. Bəli, yerə döşənən daşlar aşiqlərin bir-birinə ithaf etdikləri sevgi mesajları ilə doludur. Alışan ürəklərini soyuq daşlarla sərinlədən aşiqlərin sevgisi ilə.
Maraqlısı odur ki, da insan övladı bir necə sivlizasiya, inkişaf tarixi yaşasa da ən məhrəm hislərini yenə də qayalara, daşlara etibar edirmişlər.
Nə isə… Mətləbdən yayınmayaq, o mesajları sizlərlə də bölüşmək bu arada yerinə düşərdi…
PS. Sevginin ilahiliyi elə onun məhrəmliyi və aid olduğu iki qəlbdə var olmasıdır… Məncə daşlara, statuslara yol açan hisslərə nə deyiriksə deyək, amma sevgi adlandırmayaq. Bununla bağlı bir epizod yadıma düşdü. Bir dəfə hər birimizin sevimli aktyoru Fəxrəddin Manafovun müsahibəsini oxumuşdum.
Orda təxminən belə bir fikir vardı. "Elə bir rol oynamaq istəyirəm ki, tamaşanın sonunda bir dəfə, təkcə bir dəfə Səni Sevirəm deyim. Amma bu söz hər gün söylənilən “Səni Sevirəm”ə bənzəməsin".
Elçin Murad,Teleqraf.com
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO