“Yaşın nə fərqi var ki?” - böyük yaş fərqi olan məşhur cütlüklər - FOTOLAR
Bizi izləyin

Bilgi.az

“Yaşın nə fərqi var ki?” - böyük yaş fərqi olan məşhur cütlüklər - FOTOLAR

Publika.az xarici mətbuata istinadən böyük yaş fərqi olan məşhur cütlüklərin siyahısını təqdim edir.

İngilis komediyaçı Stefan Fray özündən 30 yaş kiçik partnyoru Eliott Spenserlə Norfolkda evləndi. Bu evlilik bir çox baxımdan maqazin gündəminin də diqqətini çəkmişdi.

"Led Zeppel"in gitaraçısı Cimmi Peyc də özündən 46 yaş kiçik olan aktrisa sevgilisi Skarlett Sabetlə görüntülənərkən hər kəsin ağlına "sevginin yaşı yoxdur" deyimi gəlmişdi.

Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin qardaşı Olivier Sarkozinin həyat yoldaşı özündən xeyli kiçikdir. Cütlüyün arasındakı fərq 17 ilə bərabərdir.

Məşhur avstraliyalı aktyor Dominik Pursell və sevgilisi Annalinne McCord arasında da 17 yaş fərq var. Qeyd edək ki, Pursell və McCord ötən ilin dekabrında ayrılıblar.

2007-ci ildə birlikdə olan musiqiçi Merlin Menson və aktyor sevgilisi Evan Raşel Uodun aralarındakı yaş fərqi 17 idi.

Ean Penn və Çarlz Teronun da arasında 15 yaş fərq var. Hazırda Penn 54, Theron 39 yaşındadır. Amma buna baxmayaraq, cütlük 14 aydır birlikdədir və çox xoşbəxt görünürlər.

Musiqi dünyasının iki məşhur siması - Jay Z və Beyons
uzun müddətdir birlikdədirlər. Cütlüyün yaş fərqi 12-dir. Beyonsun 33, ərinin 45 yaşı var.

İki ildən çoxdur birlikdə olan aktyor Bredli Kuper ve model Suki Uaterhauzun arasındakı yaş fərqi 17-dir. Aktyorun 40, modelin 23 yaşı var.


Maykl Duqlas və Ketrin Zeta-Cons arasındakı fərq isə 25-dir. Qeyd edək ki, cütlük 15 ildir bir yerdədir. Duqlasın 70, xanımının isə 45 yaşı var.

Conni Deppin nə qədər inanılmaz olsa da, 51 yaşı var. Əlbəttə, ona bu yaşı verməzsən. Aktyorun ötən ilin dekabrında nişanlandığı model sevgilisi Ambar Heard isə 28 yaşındadır.



2003-cü ildə Demi Mur nişanlananda özünün 41, nişanlısı Eşton Kuçerin isə 25 yaşı vardı. Amma buna rəğmən, onlar 2001-ci ilə qədər bir yerdə idilər.

Hollivudun məşhur ulduzu Brüs Uillis 6 ildir özündən 23 yaş kiçik Emma Haminglə evlidir.


Monako şahzadəsi şahzadə Albert və keçmiş üzgüçü Çarlkin Uitstok dörd ildir evlidirlər. Albertin 56, Wittstock 36 yaşı var.


2001-ci ildə Cennifer Lopes rəqqas Kasper Smartla tanış olanda onun 42, sevgilisinin 24 yaşı vardı. Fırtınalı bir eşq yaşayan cütlük yaxın aylara qədər bir yerdə idilər.


Məşhur aktyor Tom Kruzun də sevgilisiylə böyük yaş fərqi olub. Hazırda 53 yaşı olan Kruz özündən 17 yaş kiçik Katei Holmeslə 6 il evli oldular.


İntiqam VALEHOĞLU


Oxumağa davam et
Reklam
Reklam

Gündəm