• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qadınlar üçün uzun ömürün sirri: sıyıq yeyin və kişilərdən uzaq olun – FOTOLAR

  • Maraqlı
  • 21 Yanvar 2015 17:49
  • 620 Baxış
Qadınlar üçün uzun ömürün sirri: sıyıq yeyin və kişilərdən uzaq olun – FOTOLAR

Şotlandiyanın ən yaşlı sakini uzunömürlülüyünün sirrini açıb.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, yanvarın 2-də 109 yaşını qeyd edən Cessi Qellen uzunömürlülüyünün iki səbəbini açıqlayıb: çoxlu sıyıq yemək və kişilərdən uzaq durmaq.

Heç zaman ərdə olmayan qadının sözlərinə görə, kişilər onların gətirdikləri problemlərə dəyməzlər. O deyib: "Əminəm ki, daim idmanla məşğul olmağım, hər səhər bir boşqab sıyıq yeməyim və heç zaman ərdə olmamağım məni uzunömürlü edib".

Yaşlı qadının qaldığı qocalar evinin əməkdaşının verdiyi məlumata görə, Cessi Qellen idman məşqlərində fəal iştirak edir. Bundan əlavə, konsertlərə getməklə yanaşı, o hər bazar günü kilsəni ziyarət edir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR