Sudan tapılan məxluq balıqçıları çaşbaş saldı – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Sudan tapılan məxluq balıqçıları çaşbaş saldı – FOTOLAR

Avstraliyalı balıqçılar köpək balığı növünə məxsus qəribə məxluq tapıb. Məxluqun qəribəliyi ondan ibarətdir ki, o, köpək balıqlarının tarixə qədərki növündən olub.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, bu, ankvil balığı formasında olan tünd qəhvəyi rəngli köpək balığıdır. Ona hətta "canlı tapıntı" adı veriblər. Çünki tapılan köpəkbalığı 6 cüt büzmə qəlsəməsinə görə tarixə qədərki balığı xatırladır.

Ən qədim köpək balığı 80 milyon il əvvəl yaşayıb. O dövrdən etibarən köpəkbalığının yalnız 2 növü bugünədək gəlib çatıb.

Qəribə məxluqu tapan balıqçılardan biri deyib: "Onun ağzında 25 cərgədə yerləşmiş 300 diş var. Onun ağzına düşən heç kim oradan sağ çıxa bilməz".

Köpəkbalığı 2 metr uzunluqdadır. Qədim dövrə məxsus olan köpək balığı ilk dəfədir ki, Avstraliya sahillərində peyda olur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm