Məşhur ətirin tərkibində allergen tapıldı
Bizi izləyin

Bilgi.az

Məşhur ətirin tərkibində allergen tapıldı

Chanel No.5 ətirlərinin tərkibindən allergen tapılıb

Chanel No.5 ətirlərinin tərkibindən allergen tapılıb.

Ekspertlərin fikrincə, Avropa İttifaqı ölkələrinin 15 milyon əhalisi kosmetikanın tərkibinə daxil edilmiş inqrediyentlərin yaratdığı allergiyadan əziyyət çəkir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa istehlakçıları təhlükəsizliyi təminatı üzrə elmi komitənin məruzəsinə əsasən məşhur ətirlərin tərkibində 3 növ allergen - Hidroksisoheksil 3 - Sisloheksen Karboksaldehid (HSK), atranol, xloratranolu birləşdirən ağac mamırından istifadə olunur.

Bundan əlavə, ətirdə 12 kimyəvi maddə və 8 təbii ekstraktın istifadə olunması təşvişə səbəb olub.

Chanel No.5 ətrinin qadağasından söz gedə bilməz. Lakin tərkibində bir sıra dəyişikliklər ediləcəyi istisna deyil.

Yenilik 2014-ün sonu 2015-ci ilin əvvəllərində qəbul edilə bilər.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm