• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Dünyanın ən qoca qadınları – FOTOLAR

  • Maraqlı
  • 22 Yanvar 2015 15:25
  • 899 Baxış
Dünyanın ən qoca qadınları – FOTOLAR

Yer üzündə yaşı 100-dən çox olan belə qadınların sayı çox azdır.

Publika.az azı 1 əsr yaşayıb, qlobal dəyişikliklərin şahidi olan ən yaşlı qadınları təqdim edir.

Süzanna Muşat Counz, 115 yaş, ABŞ

Süzanna 1899-cu ildə 11 uşaqlı ailədə doğulub. Özünün isə heç zaman övladı olmayıb. Onun 100-ə yaxın bacısı və qardaşı uşaqları var. Süzanna 26 ildir ki, qocalar evində yaşayır. Qadının bir gözü görmür və eşitmə ilə bağlı problemlər yaşayır. Hətta Süzanna əlil arabasında gəzsə də, özünü pis hiss etmir.

Misao Okava, 116 yaş, Yaponiya

Misao 1898-ci ildə dünyaya gəlib. O, dünyanın ən yaşlı sakinidir. Misao 1919-cu ildə ailə həyatı qurub və dünyaya 3 uşaq gətirib. Hazırda o, qocalar evində yaşayır.

Gertruda Viver, 116 yaş, ABŞ

Gertruda 1898-ci ildə dünyaya gəlib. Onun 4 uşağından yalnız biri indiyədək sağ qala bilib. Gertrudanın sağ qalan oğlunun 93 yaşı var. Gertruda ömrünün 116-cı ilini 7 ildir yaşadığı qocalar evində qeyd edib. O, uzunömürlülüyünü "Allaha inam, əməksevərlik və yaxınlarına olan sevgi"ylə bağlayır.

Emma Morano, 115 yaş, İtaliya

Emma Morano Avropanın ən yaşlı sakinidir. O, 1899-cu ildə dünyaya gəlib. Emmanın ailəsində hamı uzunömürlüdür. Onun xalası 101, anası 91 il yaşayıb. Emmanın 5 bacısının isə yaşı 90-nı keçib. Ondan uzunömürlülüyün sirrini soruşduqda, Emma gülümsəyərək cavab vermir.

O, həyata pozitiv baxır. Alimlərin fikrincə, elə uzunömürlülüyün sirri də bundadır.

Ceralien Telli, 115 yaş, ABŞ

Ceralien 1899-cu ildə dünyaya gəlib. O, çox fəal qadındır və tez-tez yoldaşı və oğlu ilə balıq tutmağa gedir. Ceralien 114 yaşında ikən öz əli ilə 7 iri naqqa balığı tutub.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR