• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Siz Bakının tamamilə yandırılması üçün göstəriş verə bilərsiniz” - ŞOK İDDİA

  • Maraqlı
  • 23 Yanvar 2015 15:35
  • 2 062 Baxış
“Siz Bakının tamamilə yandırılması üçün göstəriş verə bilərsiniz” - ŞOK İDDİA

1924-cü il yanvarın 21-də 1917-ci il oktyabr inqilabının ideya təsisçisi və Sovet dövlətinin ilk lideri Vladimir Lenin vəfat edib. Onun cəsədi indiyədək Moskvada yerləşən mavzoleydə saxlanılır. Publika.az Lenindən qalma çoxcildli əsərlərindən hissələri və illərlə məxfi saxlanılan teleqramları təqdim edir.

Litvin A.L. "1917-1922-ci illərdə Rusiyada Qırmızı və Ağ terror"

"...Əla plandır! Onu Dzerjinski ilə sona çatdırın. "Yaşılların" (sonra hər şeyi onların üstünə atarıq) görünüşü altında 10-20 verst irəliyə gedib, qolçomaq və mülkədarları ayağa qaldırarıq. Mükafat: hər asılana görə 100 min rubl..."

24-27 dekabr 1917-ci il. (Leninin seçilmiş əsərləri. "Yarışı necə təşkil etmək?")

"Müharibə varlı, müftəxor və burjua ziyalılarına qarşıdır... onlarla mübarizə aparmaq lazımdır. Onları həbsə atmaq, ayaqyolu təmizləməyə göndərmək və yerindəcə güllələmək lazımdır..."

3 iyun 1918-ci il. (Leninin Bakı partiya nümayəndəsi Ter-Qabrelyana göndərdiyi sərəncam)

"...Siz basqın zamanı Bakının tamamilə yandırılması üçün Terə hazırlıq işlərini aparmasını göstəriş verə bilərsiniz".

9 avqust 1918-ci il (Lenindən seçmələr)

"... qolçomaq, ağ qvardiyalılara qarşı kütləvi terror: şəhərdən kənarda həbs düşərgəsində saxlanılmalı".

(Latışev A.Q "İfşa edilmiş Lenin")

"Yoldaşlar! Qolçomaqlar amansızcasına əzilməlidir. Belə bir nümunə vermək olar.

Ən azı 100 tanınmış qolçomaq, zəngin və qaniçənlər asılmalıdır (xalqın görməsi üçün mütləq asılmalıdır).

Onların adını nəşr etmək.

Onların bütün çörəyini əlindən almaq.

Elə etmək lazımdır ki, əhali 100 verstdən onları gördükdə qışqırsın: qaniçən qolçomaqları boğub öldürün!

Sizin Lenin".

(Latışev A.Q "İfşa edilmiş Lenin")

"SSRİ ərazisində yaşayan və bizə qarşı müharibə mövqeyində olan burjua dövlətindən olan 17-55 yaşlı xarici vətəndaşlar həbs düşərgəsinə göndərilsin".

Lenin, 26 avqust 1921-ci il (Seçilmiş əsərləri)

"...Məsləhət görürəm ki, bütün teatrlar qəbirə qoyulsun.

Xalq komissarı teatrla yox, savadın öyrənilməsi ilə məşğul olmalıdır".

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR