Bilgi.az
Şahzadə Diananın sevgilisi ilə son görüşdüyü ev satışa çıxarıldı – FOTOLAR
Fransada Lazur gölü sahilində yerləşən malikanə dəbdəbəli və bahalı hesab olunmasa da, hər halda, satışa 70 milyon funt sterlinqə (104,9 milyon dollar) satışa çıxarılır. İş ondadır ki, villanın sahibi evin qiymətini 100 milyona qaldırıb. Publika.az xarici mətbuata istindən məlumat verir ki, villanın sahibi evində təşkil etdiyi qonaqlıqdan sonra Böyük Britaniya mətbuatını bir-birinə vurub.
San-Tropedə yerləşən 30 otaqlı villa Böyük Britaniya şahzadəsi Diananın misirli sevgilisi Dodi əl-Fayedə məxsusdur. Məhz Dodi şahzadə ilə bu evdə tanış olub və onların sevgi münasibətləri də burada yaranıb. Bundan əlavə, villa Diana və Dodinin son sevgi məkanı olub. Belə ki, Diana və Dodi 1997-ci il avqustun 31-i Parisdə yol qəzasında həlak olmazdan bir həftə öncə, paparazilər tərəfindən bu evdə yaxalanıb.
Faciədən 18 il keçməsinə baxmayaraq, villada şahzadə Diana dövründən az şeyə dəyişiklik edilib. Elə bunu nəzərə alan villa satıcıları alıcı axtarışına çıxıb.
Bundan əlavə, villa bağ landşaftı ilə əhatələnib və "Loius Vuitton" brendinin sahibinin qonşuluğunda yerləşir. Villanın yaxınlığında tikilmiş xüsusi pansionat isə daha çox diqqət çəkir. Çünki şahzadə Misir milyarderinin oğlu ilə tanış olmazdan qabaq, oğulları ilə həmin pansionatda yaşayıb.
Nura
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO