Bilgi.az
Pul və uğur gətirən albinoslar – FOTOLAR
Afrikanın Tanzaniya ölkəsi albinosların yaşamı üçün ən dəhşətli ölkə hesab olunur. Çünki orada pul naminə albinoslar "heyvan kimi ovlanır".
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Tanzaniyada albinosların bədən üzvlərinin insanlara var-dövlət və uğur gətirdiyini düşünürlər. Ona görə də insanlar albinosun hər hansı bədən üzvünə sahib olmaq üçün 3000-4000 dollar, bütün bədəninə sahib olmaq üçünsə 75000 dollar ödəməlidirlər.
Mviqulu Matonange 10 yaşında məktəbdən evə gedərkən iki nəfər onun üstünə hücum çəkib. Canilər onun sol əlini kəsərək qazandıqları "qənimətlə" meşəyə qaçıblar. Mviqulu bir daha caniləri görməyib. O deyib: "Məni qurbanlıq qoyun kimi tutaraq, qolumu kəsdilər".
Tanzaniyada bu, ilk dəfə deyil. Məsələn, 38 yaşlı albinos qadına gecə ikən əri və daha 4 kişi bıçaqla hücum çəkib. Səkkiz yaşlı qız atasının yataq otağından anasının qanlı əlini aparmasına şahid olub.
Tanzaniyada anadangəlmə dəri piqmentindən məhrum olan insanlara qarşı hücumlar təşkil olunur, onların bədən üzvləri kəsilir, özlərini isə bəzən qətlə yetirirlər.
Albinizm genetik xəstəlik olduğu üçün ondan əziyyət çəkən insanlar dəri, saç və göz rəngindən məhrum olurlar. Tanzaniyada hər 1400 insandan biri albinos doğulur. Albinoslar daha çox ölkənin uzaq bölgələrində dünyaya gəlirlər.
Qərbdə isə 20 mindən bir insan albinos kimi doğulur. Afrikada ölü albinosların qəbri dağıdılaraq, onların bədən üzvləri kəsilərək götürülür.
Nura
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı