• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Uzundraz” ər və “cırtdan” arvad – FOTOLAR

  • Maraqlı
  • 27 Yanvar 2015 18:18
  • 1 459 Baxış
“Uzundraz” ər və “cırtdan” arvad – FOTOLAR

Deyilənə görə, əksliklər bir-birini cəlb edir. Elədir ki, var. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 120 santimetr boya malik olan Ket Hoffmanın həyat yoldaşı özündən düz iki dəfə hündürdür.

ABŞ-ın Ohayo ştatından olan 26 yaşlı Ket barların birində striptiz rəqs nümayiş etdirməklə dolanır. Həftəyə 1000 dollar qazanan Ket dostunun köməyi ilə boyu 180 santimetr olan Eyx Buşerlə tanış olub. Ket deyib: "Hər zaman hündürboy kişilər diqqətimi cəlb edib. Boy fərqini xoşlayıram".

35 yaşlı Buşer isə söyləyib: "Boy fərqimiz olduğu üçün çox adam bunun problem yaradacağını düşünür. Problem təkcə Ketin asta yeriməyindədir".

Buşerin arvadı Ket displaziya cırtdanlığı diaqnozu ilə dünyaya gəlib. Bu isə o deməkdir ki, onun əlləri, ayaqları və gövdəsi normadan kiçikdir. Çəkisi isə 28 kiloqramdır. Ket boyuna görə hər zaman gülüş hədəfinə çevrilib. Lakin ekzotik rəqqasəlik etdikdən və hündürboylu hərbçi sevgili tapdıqdan sonra onun özünə əminliyi artıb.

Ket ekzotik rəqqasə olduqdan sonra onu hər zaman lağa qoyan insanlar qızla "Facebook" sosial şəbəkəsində dost olmağa can atıblar. Ketin həyatı heç də rahat keçmədiyindən valideynləri onu 16 yaşından məktəbdən çıxarmalı olub. Bundan sonra Ket evdə təhsil almağa başlayıb.

O deyib: "Təhqirlərlə üzləşməyimə baxmayaraq, mən hər zaman öz bədənimi sevmişəm. Bir çox əlil insanlar özlərini seksual hiss etmir. Lakin bunun üçün bədən əsas deyil".

Lakin Ketin bacısı onun erotik rəqs etməsini bəyənməyərək deyib: "İnsanlar bacıma erotikaya görə yox, gülmək üçün tamaşa edirlər". Bununla belə, Ket onda özünə əminlik yaradan rəqsdən imtina etmək fikrində deyil.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR