Məşhurlar azyaşlılarla duet oxuyacaq – VİDEO
Bizi izləyin

Bilgi.az

Məşhurlar azyaşlılarla duet oxuyacaq – VİDEO

Respublikanın ən tanınmış simalarının uşaqlarla birlikdə "Bu mənəm-2" adlı duet layihələri hazırlanır. Mahnıların musiqisi layihə rəhbərləri olan bəstəkar cütlük Bəbir və Ülviyyə Bəbirlidir. Sözləri şairə Ruhiyyə Rüstəmovaya məxsusdur.

Layihənin məqsədi istedadlı uşaqlara dəstəkdən ibarətdir. Layihədə azyaşlılarla birlikdə əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, Fidan Hacıyeva, Xəyyam Mustafazadə, müğənnilər Eldar Qasımov, Samira, Rəşad İlyasov, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnarə Rəhman təmsil olunur.

Layihə rəhbərləri Bəbir və Ülviyyə Bəbirli bu barədə Publika.az-a danışıblar:

"İstedadlı uşaqlara dəstək vacibdir. Onları yönləndirmək, həvəsləndirmək lazımdır. Amma onlar yaradıcı adamlardan az hallarda bu dəstəyi ala bilirlər. Biz bu qəbildən layihələr həyata keçirməklə Azərbaycanın gələcəyi olan uşaqları unutmuruq".

Qeyd edək ki, "Bu mənəm-2" layihəsinə start əməkdar artist Tünzalə Ağayeva və Suada Ələkbərovanın dueti ilə verilib. Xatırladaq ki, Suada Ələkbərova Azərbaycanı "Eurovision" uşaq müsabiqəsində (Junior) ilk dəfə təmsil edib. Bundan əlavə, bir çox müsabiqələrdə iştirak edib, vətənimizi layiqincə təmsil edib. Duet ortaqlarının müəllimi olan Mziya Qambaşidze də səsyazma zamanı öz tələbələrinə köməyini əsirgəməyib.

Məlumat üçün bildirək ki, ötən ilin iyununda "Bu mənəm" adlı uşaq mahnılarından ibarət albom layihə şəklində Bəbir və Ülviyyə Bəbirli tərəfindən təqdim olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm