• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Buraya qadınların girişi qadağandır – FOTOLAR

  • Maraqlı
  • 28 Yanvar 2015 10:45
  • 1 064 Baxış
Buraya qadınların girişi qadağandır – FOTOLAR

Şərqi Yunanıstanda yerləşən Afon dağı həmçinin "Müqəddəs Dağ" adı ilə də tanınır. Bundan əlavə, Afon dağı Yunanıstanın Müqəddəs Dağ dövlətinin monarx muxtariyyəti inzibati sisteminə də daxildir.

Afon dağının kilsə adət-ənənələri isə eramızın 800-cü ilində Bizans dövründən qalır. Hazırda Afon dağında 20 kilsə mövcuddur, orada Rusiya, Bosniya, Serbiya və Bolqarıstandan olan 2000 keşiş yaşayır. Bu keşişlər, demək olar ki, dünyadan təcrid olunublar.

"Müqəddəs Dağ" Avropa qitəsində yerləşsə də, müstəqil dövlət kimi fəaliyyət göstərir. Ona görə də insanlar buraya icazəsiz səyahət edə bilmirlər. Bizans dövründən bu günədək qalan adətlərdən biri də müqəddəs torpağa qadınların ayaq basmasına qadağa qoyulmasıdır.

Artıq 1000 ildən çoxdur ki, Afon dağına qadın ayaq basmayıb. Əslində isə, torpağa dişi inək, it və keçinin də daxil olmasına qadağa qoyulub. Təkcə qadın cinsindən olan quş və həşəratların Afon dağına gəlməyə icazəsi var.

Özünü apara bilən sakit və dindar kişilər Afon dağına gələ bilər. Qadınlar isə torpağa uzaq məsafədən və ya dağın zirvəsindən tamaşa etməklə kifayətlənirlər.

Ruhani şəxslərin dediyinə görə, qadınlar olmadan onlar rahatlıqla dua edə bilirlər. Onların fikrincə, qadınlar cəmiyyətin dinamikasını kəskin dəyişə və onların mənəvi ruhunu məhv edə bilər.

Maraqlıdır ki, Afon keşişləri üçün qəbul edilən yeganə qadın Müqəddəs Məryəmdir.

2003-cü ilin Avropa Parlamentinin Qətnaməsində isə bildirilib ki, Afon dağı cinslər arasındakı bərabərliyi və insanların sərbəst hərəkət hüququnu pozur.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR