Borclarına görə bakirliyini satışa çıxardı, amma... – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Borclarına görə bakirliyini satışa çıxardı, amma... – FOTOLAR

Öz bakirəliyini onlayn və ya digər yollarla satışa çıxaran qadınlara çox rast gəlmişik. Lakin bu dəfə borc içində batan rumıniyalı kişi öz bakirliyini yerli qəzet vasitəsiylə satışa çıxarıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Seb Çirçes adlı Rumıniya vətəndaşı yerli qəzetlərin birində öz bakirliyini 850 avroya (təqribən 750 manat) çıxarıb. Lakin ona bir dəfə də olsun, müsbət cavab gəlməyib. O, qəzetdə özünü atletik bədən quruluşlu, şən xasiyyətli və qaraşın, yaraşıqlı kişi kimi qələmə verib.

29 yaşlı bakir kişi özünün yaraşığına görə təkcə Bred Pittdən geri qaldığını deyib. Amma bununla belə, heç kim onun təklifiylə razılaşmayıb və ya öz sözləri ilə desək, onun "mükəmməl bədənindən istifadə etmək istəməyib".

O, qəzetdə elan yerləşdirərkən axtardığı "müştərinin" cinsiylə bağlı heç nə qeyd etməyib. Seb elanında yazır: "Brasov şəhərindən olan 29 yaşlı kişi. Bakirliyimi satışa çıxarıram. Qiymət: 850 avro. Nəqliyyat pulu daxil deyil".

Elanın verilməsindən bir həftə keçsə belə, Sebin "xidmətindən" yararlanmaq istəyən tapılmayıb. O, təəccüblə deyib: "Yaraşıqlı görünüşüm var, amma nəyə görə mənimlə maraqlananların olmadığını anlaya bilmirəm. Elə hesab edirdim ki, zəng edənlərin sayı-hesabı olmayacaq. Bred Pitt olmasam belə, hər halda, kifir də deyiləm".

O, qazanacağı pulla işsiz qaldığı üçün yığılan borclarını ödəmək və şəkər xəstəsi olan qardaşını müalicə etdirmək istəyir.

O deyib: "Ömrüm boyu tarlada və fermada işləmişəm. Ağır iş sayəsində mükəmməl bədən quruluşu əldə etmişəm. Elə düşünürdüm ki, bədənim insanları maraqlandıra bilər".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm